Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əməkdar artist vəfat etdi – FOTO
  • Maaş artımları ilə bağlı mühüm açıqlama
  • Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»AZAL-da səssiz çöküş? – Təyyarələr satılır, xidmət xaricilərə ötürülür

AZAL-da səssiz çöküş? - Təyyarələr satılır, xidmət xaricilərə ötürülür

Gündəm Ariz Əhədov06.04.2026 - 12:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son dövrlərdə AZAL (Azərbaycan Hava Yolları) ətrafında müzakirələr yenidən alovlanıb. Sərnişinlərin artan narazılığı fonunda ortaya çıxan yeni iddialar ölkənin milli aviasiya brendinin gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Yeniera.az Sfera.az-a istinadən xəbər verir ki, bir çox vətəndaşın sözlərinə görə, AZAL brendi altında həyata keçirilən uçuşlarda artıq əvvəlki mənzərə yoxdur.

Əgər əvvəllər təyyarəyə daxil olan sərnişin Azərbaycan dilində qarşılanırdısa, indi bu halla nadir rastlaşılır. Sərnişinlər bildirirlər ki, heyət üzvləri əsasən xarici dillərdə ünsiyyət qurur, bəzi hallarda isə Azərbaycan dilində xidmət ümumiyyətlə təqdim edilmir.

Uçuş var, amma AZAL yoxdur?

Məlumata görə, bu dəyişikliklərin əsas səbəblərindən biri bəzi reyslərin birbaşa AZAL tərəfindən deyil, Litva mənşəli “Heston Airlines” şirkəti tərəfindən həyata keçirilməsidir. 2021-ci ildən fəaliyyət göstərən bu çarter aviaşirkəti müxtəlif ölkələrin milli daşıyıcıları ilə əməkdaşlıq edir və onların brendi altında uçuşlar icra edir.
Bu əməkdaşlıq nəticəsində maraqlı bir paradoks yaranır: sərnişin AZAL-dan bilet alır, lakin təyyarədə tam fərqli bir xidmət modeli ilə qarşılaşır. Kabin heyəti Azərbaycan dilini bilmir, xidmət standartları dəyişir və nəticədə sərnişin özünü “yerli deyil, tranzit” mühitdə hiss edir.

Narazılığın kökündə nə dayanır?

Məsələ təkcə dil baryeri ilə məhdudlaşmır. Burada əsas narahatlıq doğuran məqam milli kimlik və brend məsələsidir. AZAL uzun illərdir ki, Azərbaycanın aviasiya simvolu kimi çıxış edib. Bu brend yalnız uçuş xidməti deyil, həm də ölkənin təqdimatı, mədəniyyətin bir parçası kimi qəbul olunub.
Sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşılan rəylərdə qeyd olunur ki, Azərbaycan dilində xidmətin olmaması narahatlıq yaradır, xarici heyətin davranış standartları fərqli olur və milli aviaşirkət imici zəifləyir.

Xidmət xarici şirkətlərə ötürülür?

Mövzu ilə bağlı danışan bəzi ekspertlər isə prosesin daha dərin olduğunu iddia edirlər. Onların fikrincə, AZAL tədricən klassik milli daşıyıcı modelindən uzaqlaşaraq daha çox “outsourcing”, yəni xidmətlərin xarici şirkətlərə ötürülməsi strategiyasına keçid edir.

Bu çərçivədə səsləndirilən ən diqqətçəkən iddialardan biri isə təyyarə parkı ilə bağlıdır. Bildirilir ki, şirkətin bəzi təyyarələri mərhələli şəkildə satışa çıxarılır. Bu ehtimalların arxasında isə maliyyə öhdəlikləri və kredit borclarının dayandığı vurğulanır.

Milli kadrlar kölgədə qalır?

Müzakirələrin digər vacib istiqaməti insan resursları ilə bağlıdır. Azərbaycan aviasiya sahəsində ciddi kadr potensialına malikdir. Xüsusilə Azərbaycan Milli Aviasiya Akademiyası regionun ən nüfuzlu təhsil ocaqlarından biri sayılır. Bu akademiyanın məzunları beynəlxalq səviyyədə tanınır, AZAL pilotlarının peşəkarlığı illərdir yüksək qiymətləndirilir.

Belə bir potensial mövcud olduğu halda xarici heyətə üstünlük verilməsi cəmiyyətdə haqlı suallar yaradır: Yerli mütəxəssislər niyə kənarda qalır? Milli kadr siyasəti dəyişirmi?

Hələlik rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı geniş və detallı açıqlama verilməyib. Lakin bir məsələ aydındır ki, sərnişinlərin narazılığı artıq tək-tək şikayət səviyyəsindən çıxaraq ümumi narazılığa çevrilib.

Bənzər Xəbərlər

26.04.2026 - 22:10Ariz Əhədov

Əməkdar artist vəfat etdi - FOTO

26.04.2026 - 21:50Ariz Əhədov

Maaş artımları ilə bağlı mühüm açıqlama

26.04.2026 - 20:00Ariz Əhədov

Bu çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

26.04.2026 - 19:15Ariz Əhədov

Üç maşın toqquşdu- Xəsarət alan var

26.04.2026 - 01:02Ariz Əhədov

​Bazar günləri bəxti gətirən 5 bürc

25.04.2026 - 20:34Ariz Əhədov

“Azəraqrar”da skandal qərar – Haqqında cinayət işi açılanlar yenidən vəzifəyə gətirilir

25.04.2026 - 19:31Ariz Əhədov

Nizami Tibb Mərkəzində külli miqdarda rüşvət: 150 min manat kimə verilib?

25.04.2026 - 19:24Ariz Əhədov

Dahi Sənətkarın İşığına Toplaşanlar: Musiqi və Elm Vəhdətdə

25.04.2026 - 18:40Ariz Əhədov

Trampdan sonra kim prezident olacaq? - Adlar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 220

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 020

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 929

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 133
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.