Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycan çempionatında fantastik qol – Video
  • Alimentə görə mənəvi zərər tutula bilərmi? – Ali Məhkəmədən cavab
  • “Qalatasaray” 4 ulduzunu yola salır
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Hərbi qeydiyyatla bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Hərbi qeydiyyatla bağlı yeni qaydalar TƏSDİQLƏNDİ

Siyasət Ariz Əhədov15.04.2026 - 17:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.

Yeniera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliləri imzalayıb.

Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

Əvvəlki qanuna əsasən, bu, 3 gün idi.

Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

Sənədə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır. \report

Bənzər Xəbərlər

15.04.2026 - 16:55Ariz Əhədov

Nazirlər Kabinetinin bu səlahiyyəti ləğv edildi - FƏRMAN

15.04.2026 - 16:54Ariz Əhədov

İlham Əliyev qanun imzaladı

15.04.2026 - 16:07Ariz Əhədov

Rusiya AZAL təyyarəsinin qəzasına görə kompensasiya ödəyəcək - Razılığa gəlindi

15.04.2026 - 10:35Ariz Əhədov

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

14.04.2026 - 16:43Ariz Əhədov

Ödənişli yollarda sürət həddi saatda 130 km oldu

14.04.2026 - 14:40Ariz Əhədov

Kılıçdaroğlu həbs edildi - SƏBƏB

14.04.2026 - 13:45Ariz Əhədov

Vado Korovin vəzifəsindən azad edildi

14.04.2026 - 12:26Ariz Əhədov

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib - Fotolar

14.04.2026 - 11:05Ariz Əhədov

Milli Məclisdə yeni təyinat

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 987

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 863

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 850

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 027
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.