Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO
  • Azərbaycanda “13-cü maaş və pensiya”: Kim verir, kim vermir?
  • “ABŞ-dən təklif almışıq”
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Təbrizin ölümündə təqsirləndirilən məhkəməyə gec gəldi – Həbs olundu

Təbrizin ölümündə təqsirləndirilən məhkəməyə gec gəldi - Həbs olundu

Hadisə Ariz Əhədov30.04.2026 - 14:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

34 yaşlı Təbriz Şəfiyevin ölümünə səbəb olmaqda ittiham olunan sürücü hökmdən əvvəl həbs edilib.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu barədə qərar qəbul edib.

Təqsirləndirilən Mircəlil Əzizli bundan əvvəlki proseslərin birində iştirak etməmişdi, indi isə məhkəməyə təyin olunan vaxtdan yarım saat gec gəlib. Hakim Eldar İsmayılov bu dəfə müttəhimə güzəşt etməyib, onun dərhal həbs edilməsi ilə bağlı qərar çıxarıb.

Prosesin davamı isə hakimlə qəzada həlak olan gəncin anasının vəkili Sadiq Rəsulov arasında çəkişmə ilə yadda qalıb.

Bundan əvvəl hüquqi varis oğlunun ölümü ilə bağlı cinayət işini başqa hakimlərin araşdırmasını istəmişdi. Məhkəmə həmin vəsatətə münasibət bildirib, etirazın əsassız olduğu elan edilib. Gərginlik də məhz bundan sonra yaranıb. Hakim Eldar İsmayılov zərərçəkmiş tərəfin vəkilini təmsil etdiyi şəxsin adından əsassız vəsatətlər verməkdə ittiham edib. O, xüsusilə bütün hakimlərə etiraz verilməsinin qanunsuz olduğunu deyib, əlavə edib ki, vəsatət vəkilin öz adından təqdim olunsaydı, onun barəsində də qərar qəbul edilə bilərdi.

Vəkil isə hakimin etirazı ilə razılaşmayıb. Müdafiəçi hüquqi varisin etirazının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olduğunu, növbəti iclasda öz adından da hakimlərə etirazla bağlı vəsatət verəcəyini bildirib. Bundan sonra proses təxirə salınıb.

Xəbəri rus dilində oxuyun: Арест в зале суда по делу о резонансном ДТП в Баку

Qeyd edək ki, yenicə ata olan Təbrizin öldüyü hadisə ötən ilin avqustunda baş verib. Onun idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşüb. Təbriz yolun kənarında dayanaraq nə baş verdiyini müşahidə edərkən arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılıb, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurub. Hadisədən bir az sonra isə o həyatını itirib.

Hadisə ilə bağlı zərərçəkmişin maşınına çırpılan “Toyota Corolla”nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onun ümumiyyətlə sürücülük hüququ olmadığı müəyyənləşib.

Amma mərhum Təbrizin anası aparılan istintaqla razı deyil. Bu səbəblərdən də işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını istəyir.

Bənzər Xəbərlər

30.04.2026 - 21:00Ariz Əhədov

Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO

30.04.2026 - 20:38Ariz Əhədov

Azərbaycanda "13-cü maaş və pensiya": Kim verir, kim vermir?

30.04.2026 - 19:30Ariz Əhədov

“ABŞ-dən təklif almışıq”

30.04.2026 - 19:00Ariz Əhədov

Bu yollar 3 gün bağlı olacaq - Xəbərdarlıq

30.04.2026 - 18:30Ariz Əhədov

Bu ərazidə qaz olmayacaq

30.04.2026 - 17:33Ariz Əhədov

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - Fotolar

30.04.2026 - 17:05Ariz Əhədov

Milli Qəhrəman Xankəndidə restoran açır

30.04.2026 - 15:42Ariz Əhədov

Birinci sinfə qəbul başlayır

30.04.2026 - 15:25Ariz Əhədov

Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 306

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 085

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 957

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.