Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO
  • Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? – İki filialdan şikayət var

“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var

Cəmiyyət Ariz Əhədov13.06.2026 - 11:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda fəaliyyət göstərən “Barama Uşaq Bağçası”nın iki filialı ilə bağlı şikayətlər var.

Valideynlər “Qafqazinfo”ya müraciətlərində bağçanın Əcəmi və Yasamal filiallarından narazılıqlarını dilə gətiriblər.

Bakı sakini Hədiyyə və Əşrəf Qurbanəliyevlər bildiriblər ki, 3 yaşlı övladları K.Qurbanəliyev 2025-ci il sentyabrın 1-dən Əcəmi filialında təhsilə başlayıb. Onların sözlərinə görə, bir müddət əvvəl uşaqda 1-ci tip şəkərli diabet aşkarlanıb. Uşağın bütün tibbi sənədlərinin qaydasında olduğu və onun mütəmadi həkim nəzarətində saxlanıldığı bildirilsə də, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalması ilə bağlı məhdudiyyətlər tətbiq edib.

Ailənin iddiasına görə, əvvəlcə onlara uşağın 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq “kölgə dayə” – fərdi nəzarətçinin tutulması tələb olunub.

Valideynlər qeyd edirlər ki, bağçada tibb işçisi fəaliyyət göstərməsinə baxmayaraq, belə bir xidmətin maliyyə yükünü qarşılamaq imkanları yoxdur. Bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Valideynlər buna razılıq vermədiklərini desələr də, sonradan onlara uşağın portal qeydiyyatının ləğv edildiyi bildirilib: “Qeydiyyatın ləğvi ilə bağlı bizə heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim olunmayıb”.

Digər şikayət isə valideyn Muxtarova Səkinə Hüseyn qızı tərəfindən “Barama Uşaq Bağçası”nın Yasamal filialı ilə bağlıdır.

Valideyn bildirir ki, 3 yaşlı oğlu M.Muxtarov 2025-ci ilin dekabr ayından etibarən həmin bağçada təhsil alır. Ana deyir ki, müəssisədə olduğu müddətdə autizm spektr pozuntusu olduğu ehtimal edilən başqa bir uşaq tərəfindən dəfələrlə dişlənib, qorxudulub və psixoloji təzyiqə məruz qalıb: “Hadisələr bir neçə dəfə təkrarlansa da, bağça rəhbərliyi tərəfindən problemin qarşısının alınması üçün effektiv tədbirlər görülməyib”.

Valideyn qeyd edir ki, nəticədə övladında əvvəllər müşahidə olunmayan kəkələmə, qorxu hissi, özünəqapanma və sosial davranış dəyişiklikləri yaranıb.

“Hadisələrə görə dəfələrlə bağça rəhbərliyinə müraciət etmişəm. Mənə “uşaqdırlar, belə hallar ola bilər” kimi cavablar verilib. Problemin həlli üçün konkret addım atılmayıb”, – deyə valideyn bildirib.

Onun sözlərinə görə, haqlı narazılıq bildirdikdən sonra uşağın gələcəkdə bağçaya qəbul edilməməsi ilə bağlı eyhamlar da vurulub.

Valideyn hesab edir ki, bu cür yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir.

Məsələ ilə bağlı “Barama Uşaq Bağçası”nın hər iki filialına müraciət ünvanlasaq da, günlərdir verilən sorğumuza cavab ala bilmədik.

Bənzər Xəbərlər

15.06.2026 - 09:13Ariz Əhədov

Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO

15.06.2026 - 09:00Ariz Əhədov

Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO

14.06.2026 - 23:18Ariz Əhədov

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 - 23:14Ariz Əhədov

İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO

14.06.2026 - 23:10Ariz Əhədov

Qızılın qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

14.06.2026 - 23:07Ariz Əhədov

TƏCİLİ! Köçaryan ölkədən qaçarkən hava limanında saxlanıldı

14.06.2026 - 21:43Ariz Əhədov

Bu şəxslər hərbi xidmətə çağırışdan AZAD OLUNACAQ - SİYAHI

14.06.2026 - 18:15Ariz Əhədov

Birinci müavinə ağır itki - FOTO

14.06.2026 - 17:54Ariz Əhədov

Sevda Şirəliyeva vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 156

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.