Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü – Bu ölkədə
  • Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! – Sistem kökündən DƏYİŞİR
  • Hava kəskin dəyişir – Sabahla bağlı XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! – Sistem kökündən DƏYİŞİR

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! - Sistem kökündən DƏYİŞİR

Cəmiyyət Ariz Əhədov14.06.2026 - 14:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Əmək bazarında tələbatın az olduğu ixtisaslar üzrə plan yerlərinin mərhələli şəkildə azaldılacağı barədə xəbərlər yayılır. Bu kontekstdə pedaqoji ixtisasların azaldılması məsələsi də gündəmə gəlir. Elm və təhsil naziri Emin Əmrullayev keçən il Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulu sayının azaldılmasının təhsildə keyfiyyətin artırılması niyyəti ilə əlaqələndirib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq. Media pedaqoji ixtisasların azaldılacağı barədə xəbərləri “Müəllimlərə bəd xəbər” başlığı ilə yayır.

Yeniera.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Müəllim olmaq istəyənləri nə gözləyir? – Təhsil sistemində islahat

Neçə müəllim yox, necə müəllim…

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) rəhbəri Pərvinə Qədimova hesab edir ki, bu məsələyə emosional deyil, strateji yanaşmaq lazımdır: “Əslində burada məqsəd müəllim sayını azaltmaq deyil, müəllim hazırlığında keyfiyyəti artırmaqdır. Əmək bazarının tələbinə uyğun olmayan, zəif akademik göstəricilərlə müəllim hazırlayan, maddi-texniki bazası və akademik potensialı kifayət etməyən proqramların yenidən nəzərdən keçirilməsi zəruridir”. AGMA sədri bildirir ki, uzun illər ərzində bəzi ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul daha çox say üzərindən qurulub və nəticədə əmək bazarının ehtiyacından artıq məzun hazırlanıb: “Bu gün əsas məsələ neçə müəllim yetişdirmək deyil, necə müəllim yetişdirməkdir. Müasir məktəb artıq yalnız dərs deyən müəllim yox, analitik düşünən, rəqəmsal bacarıqlara sahib, psixoloji yanaşmanı bilən və şagirdi həyata hazırlayan müəllim tələb edir”.

AGMA rəhbərinin fikrincə, digər mühüm məsələ ixtisaslaşmadır: “Dünyanın qabaqcıl təhsil sistemlərində müəllim hazırlığı daha çox ixtisaslaşmış universitetlər və güclü pedaqoji mərkəzlər üzərindən həyata keçirilir. Bu baxımdan, bizdə də müəyyən ixtisasların və ya proqramların birləşdirilməsi, bəzilərinin isə mərhələli şəkildə azaldılması gələcək üçün faydalı ola bilər”.

“Qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) baş müəllimi Xalidə Həmidovanın fikrincə, universitetlərin çoxunun tələbə qəbul potensialı heç də hazırkı qəbul planına uyğun deyil:

Müəllim olmaq istəyənləri nə gözləyir? – Təhsil sistemində islahat

“Bunun üçün həmin universitetlərin sovet dövründə tikilmiş binalarının yenilənməsi, yataqxanalarının təmir edilməsi, elektron bazalarının hazırlanması, yeni resursların alınması lazımdır. Universitetlər daxili büdcə hesabına maliyyələşən qurumlardır. Tələbə sayının azaldılması onların maddi vəziyyətini də sual altında qoyacaq”. X.Həmidova hesab edir ki, pedaqoji kadrların azaldılması həm də rəqabət mühitinin azalmasına gətirib çıxaracaq: “Qəbul planının azaldılması tələbə sayının azalması deməkdir. Bu da öz növbəsində universitetlərdə təhsil haqlarının artırılmasına gətirib çıxara bilər. Son illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllimlik ixtisasları üzrə qəbul planlarını 100 faiz doldurur. Bu o deməkdir ki, ehtiyac var. Bu baxımdan düşünürəm ki, qəbul planının birdən-birə azaldılması uğurlu addım olmayacaq. Yaxşı olar ki, qərar qəbul etməzdən öncə daha çox araşdırma aparılsın”.

Kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov pedaqoji ixtisasların azaldılmasına ölkənin təhsil siyasətində kəmiyyətdən keyfiyyətə keçid strategiyasının tərkib hissəsi kimi baxır: “Bu, təklif və tələb arasındakı disbalansdan irəli gəlir. Hər il ali və orta ixtisas müəssisələrinə ayrılan 60 min plan yerindən 25 mini müəllimlik ixtisası üzrə olur. İllik vakant müəllim yerlərinin sayı isə maksimum 8-10 min civarında olur. Bu, hər il minlərlə məzunun işsiz qalmasına səbəb olur. Həmçinin universitetlərin daha çox tələbə qəbul edərək pul qazanmaq cəhdləri kadr hazırlama keyfiyyətini kölgədə qoyur. Universitetlərin bu yanaşması kökündən yanlışdır. Ali məktəblər pulu yalnız tələbənin ödəyəcəyi təhsil haqqı ilə qazanmamalıdırlar. Bu mənada qəbul planının azaldılması hər bir tələbəyə düşən xərcin və diqqətin artmasına, nəticədə daha peşəkar kadrların hazırlanmasına xidmət edəcək”.

Müəllim olmaq istəyənləri nə gözləyir? – Təhsil sistemində islahat

Ekspert bildirir ki, xüsusən region universitetlərində və kolleclərdə aşağı balla müəllim ixtisasına qəbul təhsilin təməlinin zəifləməsinə gətirib çıxarır. Kollec məzunları MİQ imtahanlarında da uğursuz nəticə göstərirlər. İ.Orucov demoqrafik dəyişikliklərin də müəllimə tələbatı azaltdığını düşünür. Onun sözlərinə görə, ölkədə doğum səviyyəsi ilbəil aşağı düşür. Paralel olaraq birinci siniflərə qəbul statistikasında da azalma var: “Hesab edirəm ki, bu mənada pedaqoji ixtisasların azaldılması doğru addımdır”. Ekspert bildirir ki, müəllim hazırlığının mərkəzləşdirilməsi də çox önəmlidir: “Pedaqoji kadr hazırlığı əsasən bu sahədə ixtisaslaşmış dövlət universitetlərində saxlanılmalıdır. Məqsəd kəmiyyət deyil, hazırlıqlı mütəxəssis yetişdirmək olmalıdır”.

Bənzər Xəbərlər

14.06.2026 - 14:30Ariz Əhədov

Qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü - Bu ölkədə

14.06.2026 - 13:55Ariz Əhədov

Hava kəskin dəyişir - Sabahla bağlı XƏBƏRDARLIQ

14.06.2026 - 13:45Ariz Əhədov

Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq

14.06.2026 - 00:20Ariz Əhədov

Hidayət Orucov vəfat etdi - FOTO

14.06.2026 - 00:18Ariz Əhədov

Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

13.06.2026 - 23:53Ariz Əhədov

İranla sülh imzalanır - Tramp DƏQİQ TARİXİ açıqladı

13.06.2026 - 23:51Ariz Əhədov

Elvin Cəfərquliyevdən "Qarabağ"la bağlı ŞOK QƏRAR! 

13.06.2026 - 21:31Ariz Əhədov

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

13.06.2026 - 21:06Ariz Əhədov

Ərdoğan ŞAD XƏBƏRİ verdi - 2030-cu ilə qədər...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 755

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 058

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:154. 777
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.