Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq – Siyahı
  • General rütbəsi verilən zabitlər kimdir? – Foto
  • Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

Prezidentin köməkçisindən pambıqçılıqla bağlı VACİB XƏBƏR

İqtisadiyyat Emin Farzaliyev24.06.2026 - 16:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. İxtisaslaşmış rayonlarda pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması, torpaq resurslarından səmərəli istifadəni və məhsuldarlığın artırılmasını təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqi, pambıq istehsalının artımına uyğun əlavə məhsul subsidiyasının tətbiqi, ölkədə pambıq toxumçuluğunun inkişaf etdirilməsi, pambıqçılıqda emal sənayesinin inkişafının dəstəklənməsi, zəruri meliorativ tədbirlərin görülməsi əsas istiqamətlər sırasındadır.

Bir daha xatırlatmaq istəyirəm ki, pambıqçılıq sahəsində 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın hər hektardan 50,0 sentnerə çatdırılması və emal sənayesini inkişaf etdirərək mahlıcdan alınan hazır məhsulların ixracına nail olmaqdır”.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ilk növbədə mövcud olan problemlərin aradan qaldırması istiqamətində ciddi addımlar atılmalıdır: “Xüsusilə suvarma təminatında yaranan fasilələr, texnika parkının köhnəlməsi, maliyyə resurslarına çıxışın məhdudluğu, mahlıcın satış qiymətinin aşağı olması, məhsulun keyfiyyət göstəriciləri, kadr potensialının zəifliyi, toxumçuluğun təşkili, torpaq və infrastruktur məsələləri sahənin inkişafına təsir edən əsas amillər kimi çıxış edir.

Əlbəttə, bu problemlərin həlli yalnız bir qurumun fəaliyyəti ilə mümkün deyil. Pambıqçılıqda məhsuldarlığın artırılması, fermerlərin gəlirlərinin qorunması, şirkətlərin maliyyə dayanıqlığının təmin olunması və emal sənayesinin xammal bazasının gücləndirilməsi dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti, yerli icra hakimiyyəti orqanlarının fəal iştirakı və özəl sektorun məsuliyyətli yanaşmasını tələb edir.

Suvarma və enerji təminatının yaxşılaşdırılması, yeni müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.

Su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə sudan istifadə sahəsində maarifləndirmə işinin gücləndirilməsi xüsusi diqqət tələb edir”.

Bənzər Xəbərlər

25.06.2026 - 14:23Ariz Əhədov

Azərbaycanda benzinlə bağlı VACİB AÇIQLAMA

25.06.2026 - 09:38Ariz Əhədov

Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir

25.06.2026 - 09:12Ariz Əhədov

Azərbaycanda pensiyaların verilmə tarixi dəyişə bilər – Hər ayın bu günü…

24.06.2026 - 21:00Ariz Əhədov

Mərkəzi Bank açıqladı - Kartlardan pul silinməsi...

24.06.2026 - 20:50Ariz Əhədov

Pensiya artımı ilə bağlı mühüm xəbər

24.06.2026 - 10:38Ariz Əhədov

Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…

23.06.2026 - 19:43Ariz Əhədov

Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR

22.06.2026 - 11:33Ariz Əhədov

Azərbaycanda qadınların pensiya yaşı artırılacaq - Gələn həftədən

21.06.2026 - 15:16Ariz Əhədov

Azərbaycanda yumurta niyə 1 qəpiyə düşüb? - Səbəb AÇIQLANDI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 784

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 199

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 064
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.