Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8992 ▼0.0061
  • 100 RUB 2.0276 ▲0.0328
  • GBP 2.2468 ▼0.0046
  • TRY 0.0344 ▼0.0001
  • CNY 0.2539 ▼0.0001
  • GEL 0.6553 ▼0.0004
  • 100 KZT 0.3762 ▲0.0011
  • UAH 0.0377 ▼0.0002
  • AED 0.4628
İqtisadiyyat

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük – Fotolar

Azərbaycandan keçməklə Rusiyadan Ermənistana növbəti tədarük – Fotolar

Avqustun 20-si Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Yeniera.az AZƏRTAC-a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

İndiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 44 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, bu günə kimi Azərbaycandan Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tonadək Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş: