Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə…
  • Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Nüfuzlu agentlikdən manatla bağlı PROQNOZ – Gələn il…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

İqtisadiyyat Ariz Əhədov25.06.2026 - 20:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən “Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb.

Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Tağı İbrahimov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Onu da qeyd edək ki, Tağı İbrahimovun başqa bir qardaşı Sahib İbrahimov da 2022-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və ona 6 il 9 ay azadlıqdan məhrum edilmə cəzası verilib.

Uzun illər Hacı İbrahim Nehrəmlinin (İbrahimov İbrahim Hüseyn oğlu) rəhbərlik etdiyi “Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) isə hazırda dövlət büdcəsinə böyük həcmdə – 774 min 794 manat 96 qəpik vergi borcu var. 1996-cı ildən fəaliyyət göstərən “Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.

“Avesta Konserni” MMC ilə eyni ünvanda – Nərimanov rayonu, Teymur Əliyev, ev. Məhəllə 1104-də yerləşən və faktiki sahibi olan Sahib İbrahimov olan “Sahil-D Kompani” MMC-nin (VÖEN – 1300006451) isə dövlət büdcəsinə 11 min 112 manat 46 qəpik vergi borcu var.

Bənzər Xəbərlər

15.09.2026 - 01:45Gülnar Əliyeva

Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...

15.09.2026 - 01:34Gülnar Əliyeva

Nüfuzlu agentlikdən manatla bağlı PROQNOZ – Gələn il…

14.09.2026 - 23:15Gülnar Əliyeva

DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?

14.09.2026 - 23:07Gülnar Əliyeva

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

14.09.2026 - 22:51Gülnar Əliyeva

Temperatur kəskin şəkildə aşağı düşə bilər - ARAŞDIRMA

14.09.2026 - 22:48Gülnar Əliyeva

Bu 3 bürc üçün dönüş nöqtəsi olacaq

14.09.2026 - 22:15Gülnar Əliyeva

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralanan var

14.09.2026 - 21:12Gülnar Əliyeva

Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə

14.09.2026 - 21:00Gülnar Əliyeva

Ramiz Mehdiyevlə bağlı SON DƏQİQƏ: Oğlu və kürəkəni də...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 030

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 004

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.