Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şəmkirdə atasını öldürdü, Rusiyada sinif yoldaşını – ŞOK
  • Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür

Siyasət Gülnar Əliyeva15.09.2026 - 01:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün Bakının Qafqaz İslam Ordusunun erməni-bolşevik birləşmələrinin işğalından azad etməsinin növbəti ildönümüdür.

Azərbaycan paytaxtının azadlığından 108 il ötür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabrında tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.//Report

Bənzər Xəbərlər

15.09.2026 - 02:10Gülnar Əliyeva

Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular

14.09.2026 - 20:00Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

14.09.2026 - 18:30Gülnar Əliyeva

İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - Fotolar

14.09.2026 - 18:10Gülnar Əliyeva

DTX-nin saxladığı "Çevik" həbs olundu

14.09.2026 - 17:29Gülnar Əliyeva

Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb - FOTOLAR

14.09.2026 - 14:36Gülnar Əliyeva

Hakan Fidan Azərbaycana gəlir

14.09.2026 - 13:38Gülnar Əliyeva

Əli Nağıyev Çinə getdi - Foto

14.09.2026 - 12:03Gülnar Əliyeva

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

14.09.2026 - 11:00Gülnar Əliyeva

İlham Əliyev açılışda iştirak edib - FOTOLAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 030

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 004

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.