Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda qeyri-adi hadisə – VİDEO
  • Bu iki ölkə arasında döyüşlər başladı
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Yeni binadan ev və ya obyekt alanların diqqətinə – Bundan sonra

Yeni binadan ev və ya obyekt alanların diqqətinə - Bundan sonra

Cəmiyyət Gülnar Əliyeva30.06.2026 - 13:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul olunmuş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Yeniera.az xəbər verir ki, bu barədə Qaynarinfo-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, işin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək aylıq 1200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb.
Sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, hökm yeni binada təhvil veriləcək qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətlərini müəyyən etmədiyindən, bu hal icra mərhələsində müxtəlif yanaşmalara və zərərçəkmiş şəxsin hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.
Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu bildirərək ərizəni təmin etməyib, apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.
Ali Məhkəmə isə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma nəzərdə tutulmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq oluna bilər. Məhkəmə vurğulayıb ki, MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.
Ali Məhkəmənin mövqeyinə görə, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.
Məhkəmə xüsusi olaraq vurğulayıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməlidir. Buna görə də təqdim ediləcək əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə qərarının formal icrasına səbəb ola bilər, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının real bərpasını təmin etməz. Qeyd edilib ki, hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.
Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz.

Bənzər Xəbərlər

30.06.2026 - 23:29Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

30.06.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - RƏSMİ AÇIQLAMA

30.06.2026 - 15:47Gülnar Əliyeva

Əli Əsədov sərəncam imzaladı

30.06.2026 - 14:13Gülnar Əliyeva

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək

30.06.2026 - 13:29Gülnar Əliyeva

Sahil Babayev önəmli açıqlama verdi - Artırılır!

30.06.2026 - 12:02Gülnar Əliyeva

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

30.06.2026 - 10:00Gülnar Əliyeva

63 yaşlı qadın necə ana oldu? – Həkimi danışdı - VİDEO

30.06.2026 - 01:21Gülnar Əliyeva

Hava bu tarixdən dəyişəcək

29.06.2026 - 19:02Ariz Əhədov

Rektor ona vəzifə verdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 801

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 215

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 358

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.