Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda qeyri-adi hadisə – VİDEO
  • Bu iki ölkə arasında döyüşlər başladı
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycanda bu nazir vəzifələri boşdur

Azərbaycanda bu nazir vəzifələri boşdur

Siyasət Gülnar Əliyeva30.06.2026 - 20:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Hazırda Naxçıvan Muxtar Respublikasında bir sıra yüksək vəzifələr boşdur.

Yeniera.az Ölkə.az-a istinadla xəbər verir ki, bəzi kreslolar 4 ildir yeni sahibini gözləyir.

Bura muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları daxildir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 2022-ci il dekabrın 21-də istefa verib. Hazırda həmin vəzifəni sədrin birinci müavini Bəxtiyar Məmmədov icra edir.

Muxtar respublikanın ədliyyə naziri Daşqın Rəhimov 2023-cü il oktyabrın 11-də işdən çıxarılıb. Hazırda ədliyyə nazirinin səlahiyyətlərini nazir müavini Hüseyn Səfərov yerinə yetirir.

Naxçıvan MR-ın mədəniyyət naziri Natəvan Qədimova 2023-cü il mayın 8-də vəzifədən uzaqlaşdırılıb. Nazir vəzifəsinin icrası isə müvəqqəti olaraq nazir müavini Həsən Seyidova həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov 2025-ci il dekabrın 1-də tutduğu vəzifədən azad edilib. Yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası nazir müavini Rəşadət Nabatova tapşırılıb.

Muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri (hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri) Vüsal Sevdimalıyev 2023-cü il sentyabrın 8-də işdən uzaqlaşdırılıb. Həmin il Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilib. Eyni zamanda, nazirin səlahiyyətlərinin icrası da ona həvalə olunub. Lakin R.Ələkbərli 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və eyni zamanda nazir vəzifəsinin icrası Azər Məmmədrəhimova həvalə edilib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli 2025-ci il fevralın 20-də işdən çıxarılıb. Hazırda xidmətə rəis müavini Tural Abdulzadə rəhbərlik edir. Nazirin səlahiyyətlərinin icrası ona həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəis vəzifəsi də boşdur. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bir müddət əvvəl işdən çıxarılıb. 2026-cı il mayın 8-də Nurlan Fətəliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Abdulla oğlu Tahirli 2025-ci il iyunun 12-də vəzifəsindən azad olunub. Hazırda televiziyaya müvəqqəti olaraq jurnalist İlhamə Novruzova rəhbərlik edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də vakantdır. Bu il fevralın 9-da şəhərin icra başçısı Cabbar Musayev muxtar respublikanın

Baş naziri təyin olunub. Prezident İlham Əliyev həmin gün C.Musayevi icra başçısı vəzifəsindən azad edib.

Hazırda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra başçısının birinci müavin Əhməd Vəliyev yerinə yetirir.

Bənzər Xəbərlər

01.07.2026 - 02:52Gülnar Əliyeva

Bu iki ölkə arasında döyüşlər başladı

30.06.2026 - 23:29Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

30.06.2026 - 23:27Gülnar Əliyeva

Sevda Əhmədovaya yüksək vəzifə verildi - FOTO

30.06.2026 - 23:23Gülnar Əliyeva

Üç yaşlı uşaq zəlzələdən altı gün sonra XİLAS EDİLDİ

30.06.2026 - 21:44Gülnar Əliyeva

Bakıda çimərlikdə məşhur idmançının meyiti tapıldı - FOTO

30.06.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - RƏSMİ AÇIQLAMA

30.06.2026 - 21:41Gülnar Əliyeva

Bu marşrutların hərəkət sxemi DƏYİŞİR

30.06.2026 - 20:07Gülnar Əliyeva

TƏBİB-də yeni qalmaqal - Direktor sədrə qarşı

30.06.2026 - 19:51Gülnar Əliyeva

Nazirdən mühüm açıqlama - "Bu müəllimlər sertifikasiyaya cəlb edilməyəcək"

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 801

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 215

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 358

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.