Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Astoria Travel”dən vətəndaşa qarşı şok əməl – Pulu batdı, səfərə gedə bilmədi – FOTO
  • Elnur Hidayətoğlu TƏBİB-dən getdi
  • Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Astoria Travel”dən vətəndaşa qarşı şok əməl – Pulu batdı, səfərə gedə bilmədi – FOTO

“Astoria Travel”dən vətəndaşa qarşı şok əməl - Pulu batdı, səfərə gedə bilmədi - FOTO

Cəmiyyət Gülnar Əliyeva01.07.2026 - 16:56
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Turizm şirkətlərinin müştərilərə qarşı məsuliyyəti yenidən müzakirə mövzusuna çevrilib.

Vətəndaş Xurşudov Siyavuş Ərşad oğlunun NOCOMMENT.az-a təqdim etdiyi məlumat və yazışmalar

“Astoria Travel” şirkəti ilə bağlı ciddi suallar yaradır.

Şikayətçinin sözlərinə görə, xarici səfər üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fotosu əvvəlcədən şirkətə təqdim olunub. Sənəddə olan qırıq hissə şəkildən aydın görünsə də, şirkət əməkdaşları bunun sərhəddə problem yarada biləcəyi barədə heç bir xəbərdarlıq etməyiblər. Nəticədə S.Xurşudov sərhəd-keçid məntəqəsində saxlanılıb və ölkədən çıxışına icazə verilməyib. Bu səbəbdən ailəsi ilə birlikdə planlaşdırdığı səfər baş tutmayıb, ödənilmiş tur paketindən istifadə edə bilməyib və ciddi maddi zərərlə üzləşib.

Hadisədən sonra “Astoria Travel”-ə müraciət edən müştəri ödənişin geri qaytarılmasını və ya alternativ həll variantı təklif edilməsini istəyib. Lakin şirkət məsuliyyət daşımadığını bildirərək vəsaitin qaytarılmasından imtina edib. Şirkətin nümayəndəsinin yazışmada istifadə etdiyi ifadələr isə narazılığı daha da artırıb. Belə ki, nümayəndə “sənədin doğruluğuna görə məsuliyyəti sərnişin daşıyır”, “ödənişlər qaytarılmır” və “təhsilli və ya təhsilsiz olmağınız burada heç bir rol oynamır” kimi cavablar verib. Şikayətçi hesab edir ki, sənədlərin əvvəlcədən yoxlanılması prosesində aşkar görünən problem barədə xəbərdarlıq edilməməsi şirkətin peşəkar məsuliyyətsizliyindən xəbər verir. O, ilk dəfə xaricə getdiyini və məlumatlandırıldığı təqdirdə sənədini yeniləyə biləcəyini vurğulayır.

Məsələnin hüquqi tərəflərini şərh edən hüquqşünas Natiq Ələsgərov bildirib ki, qanunvericilik və müqavilə öhdəlikləri çərçivəsində tərəflərin məsuliyyət payı düzgün qiymətləndirilməlidir: “Mövcud qaydalara görə, sərhədi keçmək üçün tələb olunan sənədlərin fiziki sazlığına, etibarlılığına və hüquqi qüvvəsinə görə birbaşa məsuliyyət vətəndaşın üzərinə düşür. Lakin burada digər mühüm bir məqam — İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericilik və turizm xidmətlərinin göstərilməsi prinsipləri var. Əgər müştəri sənədi şirkətə öncədən təqdim edibsə və sənəddəki qüsur (qırıq hissə) vizual olaraq açıq şəkildə görünürdüsə, peşəkar xidmət göstərən agentlik bu barədə müştəriyə xəbərdarlıq etməli idi. Şirkət tərəfindən bu xəbərdarlığın edilməməsi xidmətin qeyri-peşəkar və qüsurlu təşkili kimi dəyərləndirilə bilər.

Üstəlik, şirkət nümayəndəsinin müştəri ilə ünsiyyət forması, ‘təhsilli və ya təhsilsiz olmaq’ kimi ifadələr işlətməsi həm etik qaydaların pozulmasıdır, həm də istehlakçı ilə münasibətdə kobudluqdur. Vətəndaş dəymiş maddi ziyanın ödənilməsi və ya tur paketinin kompensasiya olunması tələbi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə prosesində şirkətin sənədi əvvəlcədən görməsi və risk barədə susması ciddi arqument kimi irəli sürülməlidir”.

Şikayətçi artıq aidiyyəti dövlət qurumlarına müraciət etməyə hazırlaşdığını bildirib.

Bənzər Xəbərlər

01.07.2026 - 16:51Gülnar Əliyeva

Elnur Hidayətoğlu TƏBİB-dən getdi

01.07.2026 - 16:37Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ

01.07.2026 - 14:39Gülnar Əliyeva

“İdrak” liseyində şagird müəllimi buna görə güllələyibmiş

01.07.2026 - 14:36Gülnar Əliyeva

Nurlana Əliyeva VƏFAT ETDİ

01.07.2026 - 13:05Gülnar Əliyeva

Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir?

01.07.2026 - 12:50Gülnar Əliyeva

Xarici universitetlərdən yerdəyişmə etmək istəyən tələbələrin NƏZƏRİNƏ

01.07.2026 - 12:38Gülnar Əliyeva

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

01.07.2026 - 12:00Gülnar Əliyeva

Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər

01.07.2026 - 11:47Gülnar Əliyeva

Nazir Anar Seyidməmmədovla bağlı əmr imzaladı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 806

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 217

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 359

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 067
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.