Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
Hadisə

Bakıda tanınmış musiqiçini maşın vurub öldürdü – FOTO

Bakıda tanınmış musiqiçini maşın vurub öldürdü – FOTO

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Samir Rzayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilib ki, qəzada həyatını itirən piyada musiqiçi olub. S.Rzayev tanınmış sintezator ifaçılarından imiş.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

bakida-musiqicini-masin-vurub-oldurdu

Paylaş: