Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Kəpəz”in yeni rəhbəri bəlli oldu
  • “Nar” Gəncədə tələbələr üçün təlimlər təşkil etdi – Fotolar
  • İcra başçısı yeni sektor müdiri təyin etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir – MEDİA

Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - MEDİA

Cəmiyyət Gülnar Əliyeva01.07.2026 - 18:14
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Medianın İnkişafı Agentliyi 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Agentlikdən Yeniera.az-a verilən məlumata görə, sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.

Nəticələrdə Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiqləyir.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir.

Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.

Sorğu nəticələrinin təhlili Prezident İlham Əliyevə olan yüksək inam və etimadın dövlətimizin başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada Prezident İlham Əliyev ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.

Qeyd edək ki, ictimai rəy sorğusu 2026-cı il mayın 20-dən 30-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.

Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.

Bənzər Xəbərlər

03.07.2026 - 18:24Gülnar Əliyeva

İcra başçısı yeni sektor müdiri təyin etdi

03.07.2026 - 18:00Gülnar Əliyeva

Bu marşrutların hərəkət istiqaməti - Dəyişir

03.07.2026 - 14:20Gülnar Əliyeva

Teymur Kərimov vəfat etdi - FOTO

03.07.2026 - 12:30Gülnar Əliyeva

İlham Əliyev Fərman İmzaladı

03.07.2026 - 12:17Gülnar Əliyeva

Prezident nazirə general-leytenant rütbəsi verdi

03.07.2026 - 11:42Gülnar Əliyeva

Əliyev Lukaşenkonu təbrik etdi

03.07.2026 - 11:30Gülnar Əliyeva

Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı

02.07.2026 - 21:10Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

02.07.2026 - 20:41Gülnar Əliyeva

Sabah geomaqnit qasırğası olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 837

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 255

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 374

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 079
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.