Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı
  • Dənizdə batan tələbələrin FOTOSU
  • Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda güclü zəlzələ gözlənilir? – AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Gündəm Gülnar Əliyeva02.07.2026 - 20:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son günlər həm dünyanın müxtəlif ölkələrində, həm də Azərbaycanda qeydə alınan zəlzələlər cəmiyyətdə narahatlığı artırıb. Ölkə ərazisində baş verən yeraltı təkanlar zəif olsa da, dünyanın müxtəlif bölgələrində dağıdıcı zəlzələlərin ard-arda baş verməsi diqqət çəkir. Bəs dünyada artan seysmik aktivlik Azərbaycana da təsir göstərə bilərmi? Ölkəmizdə güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalı nə qədərdir?

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Manset.az-a açıqlamasında bildirib ki, məhz bu gün Azərbaycanda təxminən 7 təkan qeydə alınıb:

“Azərbaycanda zəlzələ hər gün baş verir. Bu gün 7 təkan qeydə alınıb. Demək olar ki, elə gün olmur ki, Azərbaycanda zəlzələ olmasın. Biz 6 aylıq hesabatlar veririk, təxminən 5 minə kimi təkan olduğu bildirilir. Bu o deməkdir ki, hər gün zəlzələ olur. Əksəriyyətinin maqnitudası isə 5-dən aşağıdır. Həmin təkanlar 1-2 ballıq təkanlardır. Lakin bu yaxınlarda dağıdıcı zəlzələ olması ehtimalı yoxdur. Hazırda Azərbaycandakı seysmogen zonalarda ocaqlar “foll” səviyyəsindədir. Yəni yaxın zamanlarda dağıdıcı və katostrafik zəlzələlər gözlənilmir”.

Seysmoloq bu günlərdə dünyada baş verən dağıdıcı zəlzələlərin Azərbaycanda seysmik aktivliyi artırması ehtimalından danışıb:

“Dünyada – Venesuela, Əfqanıstan və s. ölkələrdə baş verən zəlzələlərin Azərbaycana aidiyyatı yoxdur. Region etibarı ilə həmin ərazilərdə baş verən zəlzələlər dərinlik qırılmaları ilə əlaqədardır. Həm seysmotektonik quruluş cəhətdən, həm seysmogen zonaların dərinlik quruluşu cəhətdən fərqli regionlardır və heç cürə Azərbaycan üçün onların təsiri yoxdur. Azərbaycan ərazisində olan zəlzələ ocaqlarını həmin zəlzələrin oyatmaq ehtimalı yoxdur”, – deyə Q.Yetirmişli fikirlərinə əlavə edib.

Bənzər Xəbərlər

22.09.2026 - 18:20Gülnar Əliyeva

Britaniya ilk dəfə sualtı drondan ağır torpeda atdı

22.09.2026 - 18:10Gülnar Əliyeva

Dənizdə batan tələbələrin FOTOSU

22.09.2026 - 18:00Gülnar Əliyeva

Çindən ABŞ-a tələb – Tayvana silah tədarükü dayandırılsın

22.09.2026 - 17:50Gülnar Əliyeva

Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı

22.09.2026 - 17:43Gülnar Əliyeva

Tramp ABŞ-ın sursat ehtiyatları ilə bağlı açıqlama verdi

22.09.2026 - 17:30Gülnar Əliyeva

Tramp Pezeşkianla görüşmək istəyir? Rubio açıqladı

22.09.2026 - 17:16Gülnar Əliyeva

İçərisində məşhur müğənninin də olduğu helikopter qəzaya düşdü

22.09.2026 - 17:02Gülnar Əliyeva

Kəmalə sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək

22.09.2026 - 15:50Gülnar Əliyeva

Azərbaycanda 13 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 106

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 822
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.