Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9023 ▲0.0023
  • 100 RUB 2.0943 ▼0.0175
  • GBP 2.2794 ▲0.0025
  • TRY 0.0340
  • CNY 0.2548 ▼0.0009
  • GEL 0.6552 ▼0.0009
  • 100 KZT 0.3751 ▲0.0008
  • UAH 0.0372 ▼0.0003
  • AED 0.4628
Hadisə

Mərdəkanda faciə: Bir ailənin 4 üzvü dənizdə batdı – 2-si…

Mərdəkanda faciə: Bir ailənin 4 üzvü dənizdə batdı – 2-si…

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

Yeniera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aytən Rasim qızı Məmmədzadə xilas ediliblər.

Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş – 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: