Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
  • Sabah da güclü külək əsəcək
  • Fərid Qəhrəmanovun şirkəti bağlandı — Külli miqdarda dövlətə borclu qaldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Elnarə Şirməmmədova həbs olundu

Elnarə Şirməmmədova həbs olundu

Hadisə Gülnar Əliyeva07.07.2026 - 10:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova (Səfərova) həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

İttihama görə, E.Şirməmmədova vətəndaşlardan ümumilikdə bir milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib.

Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib.

İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslər saytımıza müraciət edərək bildiriblər ki, onlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir addım atılmır. Şikayətçilərin sözlərinə görə, E.Şirməmmədova 9 nəfərdən müxtəlif məbləğlərdə pul alaraq geri qaytarmayıb. Cinayət işində zərərçəkmiş qismində tanınmış şəxslərə müvafiq olaraq 27.120, 3800, 21.300, 3500, 467.000, 112.000, 428.790, 56.826, 134.693 manat məbləğində maddi ziyan vurulması qeyd edilib.

İddia olunur ki, Elnarə Şirməmmədova aldığı pulları geri qaytarmır və müxtəlif bəhanələr irəli sürür: “Biz onun biznesinin olmadığını sonradan öyrəndik. Onunla bizim ailəvi yaxınlığımız olub. Bütün zərərçəkmişlərə yaxın adam olub. Məsələn, bir zərərçəkən qaynıdır, biri xalası qızıdır, aralarında rəfiqəsi və ailə dostları olanlar da var. O, hər kəsə böyük miqdarlarda – 2-3 kiloqram ağırlığında qızılları nümayiş etdirərək, sərgidən alınma bahalı qızıl əşyalarını göstərərək, müxtəlif tanınmış qızıl şirkətlərinin adlarından, qızıl ticarəti ilə məşğul olan Zülfiyyə xanımın adından istifadə edərək, qızıl bazarlarında guya öz satış “polka”larının olduğunu göstərərək inandırıb ponzi sistemi qurmuşdu. Bunu özü də telefon danışığında dəfələrlə etiraf edib. Düşünürük ki, 30 yaşlı bir xanım bu əməlləri təkbaşına törədə bilməz. Çünki Elnarə Şirməmmədova bu əməlləri törədərkən ona kimlərsə kömək etmiş ola bilər. Anası və atası əsas şübhələndiyimiz şəxslərdir. Zərərçəkmişlərdən pul götürərkən anası da bəzi hallarda yanında olub və həmişə anası ilə birlikdə işlədiyini deyib. Sadəcə təqsirləndirilən şəxs özü etiraf etmir”.

Əldə etdiyimiz məlumata görə, 9 nəfərin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində açılmış cinayət işinin ibtidai istintaqı artıq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, paytaxt sakini, qızıl biznesi ilə məşğul olan Zülfiyyə Quliyevanın da E.Şirməmmədova barəsində Nəsimi Rayon Polis İdarəsinə şikayət etməsi məlum olub. Z.Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material Nəsimi RPİ-də araşdırılır.

Elnarə Şirməmmədovanın atası, cənub zonasında tanınmış müğənni olan İsmayıl Səfərov mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, hazırda məsələ ilə bağlı məhkəmə prosesi keçirilir: “Bunların mənə heç bir aidiyyəti yoxdur. Hazırda məhkəmə prosesi keçirilir. Elnarə xanım heç kimdən pul almayıb, deyilənlərin hamısı şər-böhtandır”.

Bənzər Xəbərlər

28.08.2026 - 13:25Gülnar Əliyeva

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 - 13:12Gülnar Əliyeva

Sabah da güclü külək əsəcək

28.08.2026 - 13:00Gülnar Əliyeva

Fərid Qəhrəmanovun şirkəti bağlandı  — Külli miqdarda dövlətə borclu qaldı 

28.08.2026 - 12:50Gülnar Əliyeva

Əli Əsədov tapşırıq verdi

28.08.2026 - 12:35Gülnar Əliyeva

Həftəsonu bu 4 bürc üçün gözlənilməz olacaq

28.08.2026 - 12:20Gülnar Əliyeva

Keçmiş deputat tələbə oldu

28.08.2026 - 12:07Gülnar Əliyeva

Ramil Səfərovun polkovnik rütbəsində yeni FOTOSU

28.08.2026 - 11:55Gülnar Əliyeva

Bakıda poladtökmə zavodunda ÖLÜM

28.08.2026 - 11:43Gülnar Əliyeva

Bir ildə 14 mindən çox ayı öldürdülər

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 904

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 990

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 942

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 758
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.