Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tanınmış aktrisa vəfat etdi – FOTO
  • Azərbaycanda ağır qəza – Ölən var
  • Ukraynaya əsgər göndərə bilərlər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Xırdalan məktəblisi Çin universitetinə qəbul oldu

Xırdalan məktəblisi Çin universitetinə qəbul oldu

Cəmiyyət Gülnar Əliyeva08.07.2026 - 14:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Xırdalan şəhərinin Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbinin 11-ci sinif üzrə bu ilki məzunu Selcan Cəfərli Çinin ictimai və humanitar elmlər üzrə qabaqcıl ali təhsil ocağı olan Renmin Universitetinə qəbul olunub.
Məktəbdən bildiriblər ki, Selcan universitetdə beynəlxalq siyasət ixtisası üzrə bakalavr təhsilini Çin dilində, tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd, yataqxana və digər xərclər) oxuyacaq.
Xırdalan məktəblisini Çinin nüfuzlu ali təhsil ocağına aparan yolu onun Çin dilinə marağı və ümumi çalışqanlığı sayəsində mümkün olub. Hələ uşaq yaşlarından Çin dilini öyrənməyə başlayan Selcan ötən il Çin dili bilik səviyyəsi üzrə 6-cı mərhələ imtahanını (HSK6) uğurla verərək müvafiq sertifikat əldə edib. Keçən ay isə Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə finalında birinci yeri tutub. Selcan bu nəticə ilə payızda Çində “Dünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, 1937-ci ildə təsis edilən Renmin Universiteti Çində dünya standartlarında universitetləri və ixtisasları əhatə edən “İkiqat birinci sinif təşəbbüsü”nə ilk daxil edilən ali təhsil ocaqlarından biridir. Çinin Təhsil Nazirliyinin son qiymətləndirməsinə əsasən Renmin Universiteti iqtisadiyyat, statistika, biznesin təşkili və idarə edilməsi, hüquq, siyasi elmlər, sosiologiya, jurnalistika və dövlət idarəetməsi istiqamətləri üzrə ölkənin bütün ali təhsil ocaqlarını qabaqlayıb. Renmin Universiteti ali təhsil müəssisələrinin beynəlxalq reytinqindən imtina etsə də, 2014-cü ildə “Times Higher Education” tərəfindən Çinin 5 ən nüfuzlu universitetindən biri elan edilib.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu verilib.

Bənzər Xəbərlər

24.09.2026 - 20:54Gülnar Əliyeva

İki rayonda qaz təchizatı dayandırılacaq

24.09.2026 - 20:00Gülnar Əliyeva

Anar Ələkbərov Formula 1-də - Fotolar

24.09.2026 - 13:50Gülnar Əliyeva

“Boeing 787 Dreamliner” uçuş simulyatoru nümayiş olundu - Fotolar

24.09.2026 - 13:37Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  

24.09.2026 - 13:24Gülnar Əliyeva

Hava kəskin dəyişir - Xəbərdarlıq

24.09.2026 - 12:33Gülnar Əliyeva

Süni mayalanma sığorta hesabına olacaq?- Professordan GÖZLƏNİLMƏZ AÇIQLAMA

24.09.2026 - 12:20Gülnar Əliyeva

“Məktəbə direktor gedib “bomba qoyacam” - Direktor müavinindən ŞOK

24.09.2026 - 12:06Gülnar Əliyeva

Hasil Abbasov onlara yüksək vəzifə verdi

24.09.2026 - 11:03Gülnar Əliyeva

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 097

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 120

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 041

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.