Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tiktoker “Çevik” həbs edildi
  • Ən romantik və ən qısqanc BÜRCLƏR
  • Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Səlim Müslümovun evi satışa çıxarıldı – Bu qiymətə təklif olunur

Səlim Müslümovun evi satışa çıxarıldı - Bu qiymətə təklif olunur

İqtisadiyyat Gülnar Əliyeva09.07.2026 - 23:17
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri növbəti dəfə hərraca çıxarılır.

Yeniera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, mənzil Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5-ci dəfə iyulun 16-da 50% endirimli qiymətlə təkrar hərraca çıxarılacaq.

Xüsusi müsadirə edilmiş əmlaklar siyahısına daxil edilmiş mənzilin ümumi sahəsi 370,4 kvadrat metrdir.

Paytaxtın Yasamal rayonunun Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən əmlakın hərracda başlanğıc qiyməti 463 125 manat müəyyənləşib.

Mənzilə sahib olmaq üçün son müraciət tarixi isə sabah – 10 iyul, saat 18.00-dək müəyyən edilib.

Qeyd edək ki, S.Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. S.Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. Dövlətə dəymiş ziyanı tam ödədiyindən S.Müslümova 11 il şərti həbs cəzası verilib. Onun bir neçə əmlakı da dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirə olunub.

Bənzər Xəbərlər

28.07.2026 - 01:42Gülnar Əliyeva

Tiktoker "Çevik" həbs edildi

27.07.2026 - 22:26Gülnar Əliyeva

Ən romantik və ən qısqanc BÜRCLƏR

27.07.2026 - 22:00Gülnar Əliyeva

Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar

27.07.2026 - 21:38Gülnar Əliyeva

Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama

27.07.2026 - 21:36Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

27.07.2026 - 21:29Gülnar Əliyeva

İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?

27.07.2026 - 20:25Gülnar Əliyeva

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

27.07.2026 - 20:14Gülnar Əliyeva

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

27.07.2026 - 20:00Gülnar Əliyeva

Ağır qəza:Yaralılar var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 233

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 541

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 562

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 440
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.