Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
Hadisə

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

Bakıda baş verən partlayışda xəsarət alan ər-arvad dünyasını dəyişiblər.

Yeniera.az xəbər verir ki, partlayış nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Pərvin İsrafilov və onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Arzu İsrafilova xəstəxanada vəfat ediblər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 4-də Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar xəsarət alan şəxslərdən 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

“Aparılan reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq 1984-cü il təvəllüdlü kişinin və 1990-cı il təvəllüdlü qadının bioloji ölüm faktı qeydə alınıb”, – deyə TƏBİB-dən bildirilib.

Paylaş: