Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
İqtisadiyyat

Vəzifəyə təyin olunan Nağı Nağıyev kimdir?

Vəzifəyə təyin olunan Nağı Nağıyev kimdir?

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.

Yeniera.az xəbər verir ki, bununla bağlı MDM-dən bildirilib. Məlumata görə, MDM-in Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nağı Nağıyev 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.

Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.///Ajans.az

Paylaş: