Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Dünya

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı

İran bu ölkə ilə sərhədə qüvvə və hərbi texnika yığdı
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread. (AP Photo/Vahid Salemi)

ABŞ-ın İrana qarşı hərbi hücumunun üçüncü mərhələsi başlayandan sonra İran SEPAH-ın “Saberin” elit hərbi birliyinin 3 min xüsusi təyinatlısı, o cümlədən quru qoşunları və başqa hərbi qüvvələrinin bölmələrini, eləcə də ağır hərbi texnikanı Kürdüstan və Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgələrinə yerləşdirib və bununla da bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

Yeniera.az xəbər verir ki, bu haqda xaricdə fəaliyyət göstərən bəzi farsdilli media orqanları yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumatlara görə, qüvvələr əsasən Qərbi Azərbaycan əyalətinin Sərdəşt, Piranşəhr (Xana) və Kürdüstan əyalətinin Bane və Mərivan şəhərlərində yerləşdirilib.

Mənbələr həmçinin tanklar, artilleriya qurğuları, “Katyuşa” raket atıcıları və çox sayda kəşfiyyat və kamikadze dronları da daxil olmaqla, ağır hərbi texnikanın bu ərazilərə köçürüldüyünü bildiriblər.

Onların iddiasına görə, sərhəd bölgələrində yerləşən ordu qüvvələri ABŞ-ın mümkün hava hücumları ilə bağlı narahatlıqlar səbəbindən gecə hərbi bazalarda olmaqdan çəkinir, nəqliyyat vasitələrində və ya sərhəd kəndlərinin yaxınlığında gecələyir və gündüz saatlarında bazalarına qayıdırlar.

Eyni zamanda, yerli mənbələr sərhəd bölgələrində təhlükəsizlik tədbirlərinin və məhdudiyyətlərin gücləndirildiyini vurğulayırlar. Onların sözlərinə görə, sərhəd bölgələrində təhlükəsizlik nəzarəti artırılıb, vətəndaşlar və sərhəd kəndlərinin sakinlərinə hərəkət məhdudiyyətləri tətbiq olunub./axar.az

Paylaş: