Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şarl Lekler Bakıda coşqu ilə qarşılandı – Video
  • Naomi Kempbell Bakıda – Video
  • SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu müəllimlər artıq repetitorluqla məşğul ola bilməyəcəklər – AÇIQLAMA

Bu müəllimlər artıq repetitorluqla məşğul ola bilməyəcəklər - AÇIQLAMA 

Cəmiyyət Gülnar Əliyeva20.07.2026 - 14:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, artıq bu təmayüllü tədris modeli bir neçə ildir ki, pilot layihə kimi həyata keçirilir və məqsəd də birbaşa repetitorluq asılılığını azaltmaq və yaxud bu sistemi mümkün qədər fərqli formada təqdim etməkdir:

“Bu gün artıq pilot layihə kimi həyata keçirilən məktəblərin nəticələri var. Ona görə də Elm və Təhsil Nazirliyi təkcə Bakı şəhərində 30-dan artıq məktəbdə bunun yenidən tətbiqinə başlayır. Düşünülür ki, get-gedə bu sistem artırılsın və repetitorluq asılılığı aradan qaldırılsın.

Düşünürəm ki, repetitorluğun tamamilə aradan qaldırılması mümkün olmayacaq, amma bu model müəyyən qədər ali təhsil müəssisələrinə qəbulla bağlı yüksək nəticə verdiyinə görə valideynlərə, ictimaiyyətə, cəmiyyətə belə bir mesaj ötürə biləcək ki, repetitorsuz, təkcə tədris proqramı ilə ali təhsil müəssisələrinə rahat şəkildə qəbul olmaq mümkündür”.

Həmsöhbətimiz təmayül tədrisinin proqramından da danışdı:

“Bu tədris fərqli proqramla təqdim olunurmu? Olmur. Sadəcə olaraq burada şagirdlərin marağı öyrənilməklə təmayül siniflərə keçid formalaşır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun səsləndirdiyi fikirlərə görə, ilkin olaraq 20 000 müəllimin tam ştatlı işləməsi ilə bağlı təklif və fikir də məhz elə oradan başlayacaq. Pilot layihə kimi bu həyata keçirilib uğurlu olacaqsa, o halda kütləviləşə biləcək.

Məqsəd nədir? Məqsəd ancaq ali təhsil müəssisələrinə qəbulun asanlaşdırılması və orada artıq tədrisin təmayüllər üzrə, məsələn, birinci, ikinci, üçüncü, dördüncü və digər qruplar üzrə formalaşdırılmasıdır ki, artıq əlavə vaxt itkisi olmasın. Orada tədris keçən müəllimlər də artıq repetitorluqla məşğul ola bilməyəcəklər. Həmin müəllimlər tədrisi tam ştatlı, vahid formada həmin məktəblərdə həyata keçirəcəklər”.

Bənzər Xəbərlər

24.09.2026 - 11:28Gülnar Əliyeva

“Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil” - Əli Nağıyev

24.09.2026 - 11:19Gülnar Əliyeva

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

24.09.2026 - 11:03Gülnar Əliyeva

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

24.09.2026 - 10:38Gülnar Əliyeva

Bütün sosial ödənişlər bu tarixdə ÖDƏNİLƏCƏK

24.09.2026 - 10:25Gülnar Əliyeva

Bu şəxslərin maaş və pensiyaları artırılır - Açıqlama

24.09.2026 - 10:13Gülnar Əliyeva

Milli Məclis mühüm qərar qəbul edib: 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək

24.09.2026 - 10:00Gülnar Əliyeva

Ətin qiyməti ilə bağlı mühüm AÇIQLAMA – Kilosu 4 manata…

24.09.2026 - 09:40Gülnar Əliyeva

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

23.09.2026 - 22:55Gülnar Əliyeva

Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 088

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 115

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 032

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 825
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.