Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
İdman

Yamaldan Messi ilə bağlı etiraf: Ona yaxınlaşıb dedim ki…

Yamaldan Messi ilə bağlı etiraf: Ona yaxınlaşıb dedim ki…

İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan söhbətin təfərrüatını açıqlayıb.

Yeniera.az oxu.az-a istinadən xəbər verir ki, Yamal Messidən bağışlanmasını istədiyini deyib.

“Leo mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə dedim: “Bağışla məni”. O isə mənə belə cavab verdi: “Səni təbrik edirəm, sən buna daha çox layiq idin”. Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm”, – deyə Yamal finaldan sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Paylaş: