Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
  • Serdar Ortaç vəsiyyətini açıqladı
  • Mədən çökdü: 11 nəfər öldü – bu ölkədə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Analiz və Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı

Analiz və Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı

Gündəm Gülnar Əliyeva23.07.2026 - 20:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) fəaliyyətində yaranan ciddi nöqsanlar, idarəetmədəki boşluqlar və kəskin kommunikasiya əngəlləri sahibkarların, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olur.

Yeniera.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, qurumun məsuliyyət daşıdığı sahələrdə hökm sürən yarıtmaz vəziyyət təkcə xidmət sektorunu deyil, birbaşa ictimai sağlamlığı da təhlükə altına alır.

Zirzəmilərdə fəaliyyət göstərən “saxta həkimlər” və nəzarətsizlik

Son dövrlərdə internet resurslarında və sosial şəbəkələrdə yayılan videogörüntülər səhiyyə nəzarətinin necə bərbad durumda olduğunu açıq şəkildə nümayiş etdirir. Belə ki, antisanitar şəraitdə — zirzəmilərdə anesteziyasız tibbi müdaxilələr həyata keçirən, heç bir tibbi təhsili olmadan özünü dırnaqarası “həkim” adlandıran şəxslərin qanunsuz əməlləri cəmiyyətdə ciddi narahatlıq doğurur.

Bu tip qanunsuz halların qarşısını almaq, vətəndaşların sağlamlığı və həyatı ilə oynayan saxtakarlarla mübarizə aparmaq birbaşa Analitik Ekspertiza Mərkəzinin birbaşa vəzifəsidir. Lakin təəssüf ki, qurumun bu istiqamətdəki nəzarət mexanizmləri demək olar ki, işləmir.

İdxal və qeydiyyat şöbəsində kütləvi süründürməçilik

Mərkəzin tibbi vasitələrin qeydiyyatı və idxalı şöbəsində də vəziyyət ürəkaçan deyil. Qurum daxilindəki bürokratik əngəllər səbəbindən bütün şirkətlər arasında ciddi narazılıq hökm sürür. Sahə üzrə məsul şəxslərin, o cümlədən sədr müavini Rafiq Xudaverdiyevin nəzarət etdiyi bu istiqamətdə işlərin gedişatı tamamilə dondurulub.

Sahibkarlar qanuni sənədlərini almaq üçün aylarla qapı-qapı düşməli, dəfələrlə zəng etməli olurlar. İdarənin daxili nömrələrinə heç bir cavab verilməməsi isə vəziyyəti daha da dözülməz edir. Zənglərə cavabdeh şəxslərin “işçi yoxdur” bəhanəsi ilə prosesi həftələrlə, aylarla uzatması sahibkarları çıxılmaz vəziyyətə salır.

“İstisna” şəxslər, qapalı qapılar və “qara siyahı” təhdidi

Mövcud idarəetmə sistemində yalnız müəyyən tanışları və ya şəxsi əlaqələri olan şəxslər öz işlərini sürətli şəkildə həll edə bilirlər. Digər sahibkarlar ise günlərlə zəng vurub cavab tapa bilmir, quruma gedərək səy göstərsələr də, nəticə əldə edə bilmirlər. Hətta haqsızlıqla üzləşən və hüquqlarını tələb edən şəxslərin bəzi hallarda “qara siyahı”ya salınmaqla hədələndiyi bildirilir.

Digər dövlət qurumlarında vətəndaşların müraciətləri üçün müəyyən imkanlar açıldığı halda, bu idarə konkret olaraq zənglərə cavab vermir, heç bir müraciəti cavabsız qoyur. Nəticədə sahibkarlar hüquqi müstəvidə mübarizə aparmaq məcburiyyətində qalır və ya bürokratik divarlarla qarşılaşaraq ortada qalırlar.

Ümumi fəaliyyətsizlik: Kosmetologiya və digər sahələr nəzarətdən kənardır

Ümumilikdə, Analitik Ekspertiza Mərkəzinin müvafiq şöbəsi kateqorik olaraq işləmir. Tibbi vasitələrin idxalı, kosmetoloqlara və həkimlərə nəzarət mexanizmləri tamamilə sıradan çıxıb. Kosmetoloqların fəaliyyətinə nəzarət edilmir, səhiyyə şöbələri isə funksiyalarını yerinə yetirmir.

Sahibkarlar və vətəndaşlar bu dərin bürokratik səddin aradan qaldırılması, idarədəki süründürməçilik hallarının araşdırılması və məsələyə ciddi dövlət nəzarətinin tətbiq olunması üçün təcili addımların atılmasını gözləyirlər.

Bənzər Xəbərlər

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

21.09.2026 - 19:00Gülnar Əliyeva

Nazirlər Kabinetindən məktəblərlə bağlı mühüm qərar:5 iş günü müddətində...

21.09.2026 - 16:25Gülnar Əliyeva

AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi - 4 ölkə, 10 istiqamət

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 071

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 102

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 819
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.