Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tiktoker “Çevik” həbs edildi
  • Ən romantik və ən qısqanc BÜRCLƏR
  • Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

İqtisadiyyat Gülnar Əliyeva24.07.2026 - 15:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yaxın illərdə əmək bazarı ilə təhsil sistemi arasında inteqrasiyanı gücləndirəcək yeni rəqəmsal platforma – “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq.

Məşğulluq Strategiyasının 2026-2030-cu illər üçün Tədbirlər Planında yer alan bu layihənin mahiyyəti, əsas üstünlükləri nələrdir? Sistem necə tətbiq ediləcək?

Yeniera.az bildirir ki, mövzu ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sistem vasitəsilə əmək bazarında mövcud olan peşələr barədə geniş və sistemləşdirilmiş məlumatlar təqdim ediləcək.

“Burada yalnız peşələrin siyahısı deyil, həmçinin hər bir peşə üzrə tələb olunan ixtisaslar, bilik, bacarıq və səriştələr, peşənin məzmunu, əmək bazarındakı xüsusiyyətləri və digər zəruri məlumatlar da öz əksini tapacaq.

İnformasiya sistemindən işsiz və işaxtaran şəxslərlə yanaşı işəgötürənlər, təhsil və təlim müəssisələri, karyera məsləhətçiləri və əmək bazarının digər iştirakçıları da istifadə edə biləcəklər. Bu baxımdan elektron atlas əmək bazarı ilə təhsil və təlim sistemi arasında əlaqələrin gücləndirilməsinə, peşə seçimi və karyera planlaşdırılması prosesinin dəstəklənməsinə xidmət edəcək.

Sistemdə müxtəlif peşələr üzrə minimum tələbləri müəyyən edən peşə standartlarının yerləşdirilməsi də nəzərdə tutulur. Bu, istifadəçilərə hər bir peşə üzrə tələb olunan bilik və bacarıqlar barədə dolğun məlumat əldə etmək imkanı yaradacaq”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, atlasın yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, hazırlıq işlərinin görülməsi, əmək bazarı iştirakçılarının bu barədə məlumatlandırılması və digər zəruri tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:

“Ümumilikdə elektron atlas işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələr barədə məlumatlılığının artırılmasına, bilik və bacarıqlarının inkişafına, həmçinin onların uyğun karyera imkanlarının genişlənməsinə töhfə verəcək”.

Bənzər Xəbərlər

28.07.2026 - 01:42Gülnar Əliyeva

Tiktoker "Çevik" həbs edildi

27.07.2026 - 22:26Gülnar Əliyeva

Ən romantik və ən qısqanc BÜRCLƏR

27.07.2026 - 22:00Gülnar Əliyeva

Putin geri addım atdı: Rusiyadan Ukrayna ilə bağlı vacib qərar

27.07.2026 - 21:38Gülnar Əliyeva

Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama

27.07.2026 - 21:36Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

27.07.2026 - 21:29Gülnar Əliyeva

İki müharibə Azərbaycanın bir addımlığına çatdı – bizi nə gözləyir?

27.07.2026 - 20:25Gülnar Əliyeva

Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA

27.07.2026 - 20:14Gülnar Əliyeva

Nazirlər Kabineti mühüm qərar qəbul edib:Sürücülərdən alınan bu cərimələr geri qaytarılır

27.07.2026 - 20:00Gülnar Əliyeva

Ağır qəza:Yaralılar var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 234

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 543

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 564

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 443
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.