Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla PULLANACAQ
  • Elnur Azadxanov vəzifəsindən azad olundu – Anar Bayramovdan ƏMR
  • Ukrayna Rusiyanın üç neft emalı zavodunu vurub
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»100 milyonluq işdə yeni bağlantı – “Turan Bank”ın 2 səhmdar şirkətinin rəhbəri saxlanıldı

100 milyonluq işdə yeni bağlantı - "Turan Bank"ın 2 səhmdar şirkətinin rəhbəri saxlanıldı

Gündəm Gülnar Əliyeva29.07.2026 - 14:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) QSC-dən 100 milyon manatdan artıq kreditin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə adı hallanan şəxslərin “Turan Bank” ASC-nin səhmdarları ilə də əlaqəsinin olduğu üzə çıxıb.

Yeniera.az xəbər verir ki, iş üzrə saxlanılan şəxslərdən ikisi bankın səhmdarları olan şirkətlərin qanuni təmsilçiləridir.

Mediada yayılan məlumata əsasən, Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə dövlətə məxsus “Aqrarkredit” BOKT QSC-dən külli miqdarda kredit aldığı müəyyən edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyat nəticəsində “Şurabad Quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad Broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, həmçinin Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar.

İlkin ittihama görə, həmin şəxslər kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. İstintaqın qənaətinə əsasən, vəsaitlər təyinatı üzrə istifadə edilməyərək kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi məqsədlər üçün xərclənib.

Onlara Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına görə, hazırda həbs olunan şəxslərin M.Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdiyi iddia olunur. Bildirilir ki, saxlanılanlardan bəziləri onun yaxın qohumları və ya uzun illər birlikdə çalışdığı şəxslərdir. Belə ki, Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə Azərbaycan Sahibkarlar Konfederasiyasında müavini olub.

“Turan Bank” 1992-ci ildən fəaliyyət göstərir və ictimaiyyət arasında uzun illərdir Məmməd Musayevlə əlaqələndirilir. Bununla bağlı səsləndirilən iddialar indiyədək təkzib edilməyib.

Bankın əsas səhmdarları sırasında Məmməd Musayevin oğlu Azad Musayev (9,9%), “Sənaye Tikinti Təmir” ASC (9,9%), “Fidan” firması (9,7%), “Turac-AF” firması (9,7%), “Mirvari” MMC (8,6%), həmçinin fiziki şəxslər Musayev Rəhman Misgər oğlu (9,4%) və Kazımov Kazım Məhərrəm oğlu (8,7%) yer alırlar.

Araşdırma zamanı məlum olub ki, adı cinayət işində hallanan Yaşar Qurbanov “Turan Bank”ın səhmdarlarından olan “Fidan” firmasının, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov isə bankın digər səhmdarı “Turac-AF” firmasının qanuni təmsilçisidir.

Beləliklə, cinayət işi çərçivəsində saxlanılan şəxslər arasında “Turan Bank”ın iki korporativ səhmdarına rəhbərlik edən şəxslər də var. (Azpolitika.az)

Bənzər Xəbərlər

29.07.2026 - 16:03Gülnar Əliyeva

Ukrayna Rusiyanın üç neft emalı zavodunu vurub

29.07.2026 - 15:38Gülnar Əliyeva

İran Çindən yeni hava hücumundan müdafiə sistemləri alacaq

29.07.2026 - 15:10Gülnar Əliyeva

Bu teatrın direktoru vəzifəsindən azad olundu

29.07.2026 - 14:55Gülnar Əliyeva

İsmayıl Əliyev vəfat etdi - FOTO

29.07.2026 - 14:30Gülnar Əliyeva

İran Hörmüz boğazı ilə bağlı təklifdən imtina edib

29.07.2026 - 14:13Gülnar Əliyeva

Hava kəskin dəyişir - Bu tarixdən...

29.07.2026 - 14:00Gülnar Əliyeva

ABŞ-İran gərginliyi fonunda neft qiymətləri bahalaşıb

29.07.2026 - 13:47Gülnar Əliyeva

Avropada kəskin istilər meşə yanğınları riskini artırıb

29.07.2026 - 13:34Gülnar Əliyeva

Süni intellekt bazarında satış dalğası dünya birjalarına təsir edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 294

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 574

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 599

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 468
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.