Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaponiyada zəlzələdən sonra xilasetmə əməliyyatı davam edir
  • MN polkovniki bu xəstəxananın sahibi imiş – FOTO
  • Zaqatalada kütləvi zəhərlənmə – Prokurorluq araşdırma BAŞLATDI – YENİLƏNİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla PULLANACAQ

Boş qalan “Sədərək” bazarının satıcıları bu üsulla PULLANACAQ

İqtisadiyyat Gülnar Əliyeva29.07.2026 - 16:09
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən yayılan görüntülərdə alverin zəiflədiyi, bazarın boş qaldığı bildirilir. Satıcılar müştəri azlığından gileylənir, alıcılar isə qiymətlərin bəzən şəhər mərkəzindəki mağazalardan belə baha olduğunu deyirlər. Ekspertlər hesab edir ki, buna əsas səbəblərdən biri onlayn ticarətin sürətlə yayılmasıdır.

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı “Bakupost”a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirdi ki, “Sədərək” kimi iri topdansatış bazarlarında alverin zəifləməsi tək bir səbəblə izah oluna bilməz. Onun sözlərinə görə, burada həm istehlakçı davranışının dəyişməsi, həm də bazarın özündə yaranan struktur problemlər rol oynayır:

“Son illərdə alıcılar qiymətə daha həssas yanaşır və məhsulu almamışdan əvvəl müxtəlif satış məntəqələrində, eləcə də onlayn platformalarda qiymət müqayisəsi aparırlar. Əgər bazarda təklif olunan məhsul şəhərin digər mağazalarından və ya internet üzərindən satılan məhsullardan baha olarsa, alıcı alternativə üstünlük verir.

Qiymətlərin yüksək olmasının səbəblərindən biri icarə haqları, kommunal xərclər, logistika, əməkhaqqı və digər əməliyyat xərclərinin artması ola bilər. Sahibkar bu xərcləri məhsulun qiymətinə əlavə etdikdə onun rəqabət qabiliyyəti azalır. Xüsusilə icarə haqları yüksək olduqda satıcı qiyməti aşağı salmaq imkanını itirir və nəticədə alıcı başqa satış kanallarına yönəlir”.

A.Nəsirli deyir ki, onlayn ticarətin inkişafı da bazara ciddi təsir edir:

“Temu”, “AliExpress” və digər beynəlxalq platformalar geniş çeşid, rahat sifariş, kampaniyalar və bəzi hallarda daha aşağı qiymətlər təklif edir. Bu, ənənəvi bazarlar üçün ciddi rəqabət yaradır. Xüsusilə geyim, məişət əşyaları və aksesuar kimi məhsullarda onlayn platformalar bazarın bir hissəsini özünə cəlb edib.

Bununla yanaşı, alıcıların vaxt amilinə yanaşması da dəyişib. Əvvəllər insanlar bazarlara gedərək saatlarla məhsul seçirdilər. İndi isə bir çoxları eyni məhsulu internet vasitəsilə bir neçə dəqiqəyə sifariş etməyə üstünlük verir. Bu dəyişiklik ənənəvi bazarların fəaliyyət modelinə təsir göstərir.

Bu, o demək deyil ki, belə bazarlar tamamilə fəaliyyətini dayandıracaq. Onlar hələ də topdansatış, peşəkar alıcılar və məhsulu yerində görmək istəyən müştərilər üçün əhəmiyyətini qoruyur. Lakin əvvəlki kimi dominant mövqedə qalmaq üçün yeni şəraitə uyğunlaşmaları vacibdir”.

İqtisadçının fikrincə, sahibkarlar yalnız qiymətlə rəqabət aparmamalıdır:

“Müştəri xidmətinin yaxşılaşdırılması, keyfiyyətə zəmanət verilməsi, məhsul çeşidinin artırılması, sosial şəbəkələr və elektron ticarət vasitəsilə satışın inkişaf etdirilməsi, çatdırılma xidmətlərinin təşkili və müştərilərlə uzunmüddətli əlaqələrin qurulması daha səmərəli yanaşma ola bilər”.

O əlavə edib ki, bazarların idarəedici qurumları da icarə siyasətinə yenidən baxmalı və sahibkarların xərclərinin azaldılmasına dəstək verməlidir:

“Ümumilikdə, Sədərək kimi bazarların gələcəyi onların dəyişən bazar şərtlərinə nə dərəcədə uyğunlaşacağından asılı olacaq. Əgər ənənəvi fəaliyyət modeli qorunub saxlanılarsa, alverin daha da zəifləməsi mümkündür. Əgər bazarlar rəqəmsal satış kanallarını inkişaf etdirər, xərcləri optimallaşdırar və qiymət baxımından rəqabət qabiliyyətini artırarsa, onlar həm topdansatış, həm də pərakəndə ticarətdə öz mövqelərini qoruyub saxlaya bilərlər”.

Bənzər Xəbərlər

29.07.2026 - 12:23Gülnar Əliyeva

Ət yenidən bahalaşdı: Neçəyə satılır? - VİDEO

29.07.2026 - 11:59Gülnar Əliyeva

“Azərbaycanda yeni qiymətləndirmə standartları və metodologiyasının əsas mərkəzi AQC-dir”

28.07.2026 - 14:24Gülnar Əliyeva

Onlar ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləcəklər

28.07.2026 - 10:32Gülnar Əliyeva

Prezident təsdiqlədi:Bu şəxslərə 3 il müavinət ödəniləcək

24.07.2026 - 17:04Gülnar Əliyeva

AQC Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirdi – FOTO

24.07.2026 - 15:50Gülnar Əliyeva

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

23.07.2026 - 16:55Gülnar Əliyeva

10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI

23.07.2026 - 12:20Gülnar Əliyeva

“Bank BTB”nin çevrildiyi BOKT borca düşdü, yeni rəhbər təyin edildi

23.07.2026 - 11:55Gülnar Əliyeva

Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 295

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 574

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 600

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 469
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.