Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • “Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır”
  • “Birbank Biznes”dən mikrobiznes kreditinə 5%-dək endirim
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır”

“Gömrük Komitəsinin məktubunda yazılanlar hüquq prinsiplərinin açıq pozulmasıdır”

Cəmiyyət Gülnar Əliyeva07.08.2026 - 15:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Mənim 01251000204009 nömrəli bəyannaməm üzrə 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qəbul olunmuş qanun dəyişikliyi tətbiq edilir. Qanunun bu şəkildə geriyə tətbiq olunmasının məqsədi nədir?”

Bu sözləri Musavat.com-a “LİON CENTRE” MMC-nin rəhbəri Ramil Aslanov deyib. Bildirib ki, 2025-ci ilin may və avqust aylarında idxal etdiyi malların rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verilib deyə Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edib.

DGK sədrinə müraciət edən Ramil Aslanovun sözlərinə görə, təqdim etdikləri faktlar və hüquqi arqumentlər indiyədək obyektiv və mahiyyəti üzrə araşdırılmayıb.

Ramil Aslanov bildirib ki, müraciətlərə yalnız formal və şablon cavablar verilib: “Biz müraciətlərimizdə göstərmişik ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəliş edilməsi ilə bağlı bildiriş gömrük bəyannaməsinin təqdim edildiyi andan etibarən ən geci 24 saat ərzində verilməlidir. Lakin 16 avqust 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük dəyərinə düzəliş haqqında bildiriş yalnız 21 avqust 2025-ci ildə, yəni bəyannamə təqdim olunduqdan 5 gün sonra verilib. Bununla da qanunvericilikdə nəzərdə tutulan müddət kobud şəkildə pozulub”.

Şirkət rəhbərinin sözlərinə görə, bu faktın özü belə, məhkəməyə təqdim edilmiş materialların geri qaytarılması üçün əsas hesab oluna bilər:

“Bu məsələ artıq mübahisə predmeti deyil. Çünki həmin fakt Dövlət Gömrük Komitəsinin rəsmi cavab məktubunda da öz əksini tapıb. Ancaq paradoks ondadır ki, sənədlərdə göstərilən pozuntuya hüquqi qiymət verilməyib, məsuliyyət məsələsi araşdırılmayıb. Əksinə, həmin hərəkətlərə dolayı yolla haqq qazandırılmağa çalışılıb”.

Ramil Aslanov iddia edir ki, DGK-dan 22 iyul 2026-cı il tarixində şirkətə göndərilmiş cavab məktubunda 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qüvvəyə minmiş qanun dəyişiklikləri prizmasından yanaşılıb. Onun fikrincə, bu yanaşma hüququn fundamental prinsiplərinə ziddir: “Sonradan qəbul edilmiş qanun norması əvvəlki dövrdə baş vermiş hadisələrə tətbiq oluna bilməz. Bu, təkcə texniki səhv deyil, hüquqi müəyyənlik prinsipinin pozulması və dövlət orqanlarına etimadı sarsıdan yanaşmadır”.

Şirkət rəhbəri Komitə rəhbərliyinə müraciət edərək üzləşdiyi məsələyə hüquqi qiymət verilməsi, qanun pozuntularının araşdırılması və problemlərinin həllini istəyib.

Bənzər Xəbərlər

07.08.2026 - 19:04Gülnar Əliyeva

Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı

07.08.2026 - 15:05Gülnar Əliyeva

“Birbank Biznes”dən mikrobiznes kreditinə 5%-dək endirim

07.08.2026 - 14:53Gülnar Əliyeva

“Kəpəz” Hospitalda ölüm

07.08.2026 - 14:26Gülnar Əliyeva

"Borcu bağlayırıq, yenə faiz gəlir" - "Leobank"dan ŞİKAYƏT 

07.08.2026 - 14:00Gülnar Əliyeva

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

07.08.2026 - 13:26Gülnar Əliyeva

Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır

07.08.2026 - 13:15Gülnar Əliyeva

20 manatlıq ödəniş ləğv olundu

07.08.2026 - 13:12Gülnar Əliyeva

Yeni Şuraya əlavə hüquqlar verildi

07.08.2026 - 13:00Gülnar Əliyeva

Gülnar Hacalıyeva mətbuat katibi təyin olundu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 681

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 846

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 828

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 657
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.