Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı
  • Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama
  • Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Avtomobil sahiblərinin NƏZƏRİNƏ-YENİLİKLƏR

Avtomobil sahiblərinin NƏZƏRİNƏ-YENİLİKLƏR

İqtisadiyyat Gülnar Əliyeva09.08.2026 - 17:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü (Kasko) sığortası üzrə yeni yanaşmalar tətbiq ediləcək. Bununla bağlı danışan Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, nəzərdə tutulan dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və öhdəliklərinin daha aydın müəyyənləşdirilməsini, eləcə də istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək. AMB rəsmisinin sözlərinə görə, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının artırılmasına yönəlib.

Digər tərəfdən, son dövrlərdə Kasko sığortasının qiymətlərində artım müşahidə olunur ki, bu da sürücülər arasında suallar doğurur.

Maraqlıdır, bu dəyişikliklər hansı zərurətdən irəli gəlir və sığorta bazarına necə təsir göstərəcək?

Yeniera.az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Operativ, rahat, etibarlı…

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Kasko sığortası ilə bağlı nəzərdə tutulan yeniliklər əsasən beynəlxalq təcrübəyə əsaslanır. Onun sözlərinə görə, bu dəyişikliklər yerli sığorta bazarının ümumi inkişafına da töhfə verəcək: “Çünki həm ümumi sığorta bazarının, həm də xüsusilə könüllü sığortanın inkişafında Kasko sığortası əhəmiyyətli rol oynayır. Avtomobillərin daim hərəkətdə olması və nəticə etibarilə mütəmadi olaraq risklərlə üzləşməsi bu sığorta növünə marağı daha da artırır. Yeniliklərdən biri də vətəndaşların Kaskonu daha təkmil texnologiyalar və mobil tətbiqlər vasitəsilə operativ, rahat və etibarlı şəkildə əldə etmələrinin təmin olunmasıdır”.

“Bahalaşma yeni nəsil avtomobillərlə əlaqəlidir”

Kasko sığortasının qiymətlərində müşahidə olunan artıma gəlincə isə, ekspert bildirir ki, bu, yeni nəsil avtomobillərlə əlaqədardır: “Ölkəyə xüsusilə keçən ildən etibarən gətirilən yeni nəsil avtomobillərin ikinci əl ehtiyat hissələrinin olmaması, istər hibrid, istər plagin-hibrid və yaxud elektromobil avtomobillərin qiymətlərinin 20 min manatdan yuxarı olması faktı Kasko sığortasındakı qiymətlərə də bu və ya digər formada təsir göstərir. Çünki daha əvvəlki illərdə xüsusilə 15-20 min manat aralığında olan avtomobillər Kasko sığorta məhsulunu əldə edirdi. Amma bu gün yeni nəsil avtomobillər olduğu üçün həm ehtiyat hissələri, həm də bazar qiymətləri nisbətən yuxarıdır. Amma bu o demək deyil ki, Kasko vətəndaşlar üçün əlçatan olmayacaq. Bu gün vətəndaşlarımız bu məhsulu sığorta şirkətlərindən hissəvi ödənişlərlə də əldə edə bilirlər. Gələcəkdə bu istiqamətdə mikro-sığorta mexanizminin tətbiq olunması nəticəsində az gəlirli əhali də eyni risk təminatlarından yararlanmaqla bu sığorta məhsulunu daha aşağı sığorta haqqı ödəməklə əldə edə biləcək”.

Bahalaşan ehtiyat hissələri, artan təmir xərcləri

Nəqliyyat eksperti Adil Nəbiyev hesab edir ki, Kasko sığortasının qiymətlərində son dövrdə müşahidə olunan artımın əsas səbəblərindən biri avtomobillərin və ehtiyat hissələrinin bahalaşması, təmir xərclərinin artması, xüsusilə yeni nəsil hibrid və elektrik avtomobillərinin təmirinin daha baha başa gəlməsidir: “Valyuta məzənnələri, inflyasiya, servis xidmətlərinin qiymətlərinin yüksəlməsi və qəza nəticəsində ödənilən sığorta ödənişlərinin artması da tariflərə birbaşa təsir göstərir. Digər tərəfdən, avtomobil parkının yenilənməsi və daha yüksək dəyərə malik nəqliyyat vasitələrinin sayının artması sığorta şirkətlərinin risklərini yüksəltdiyi üçün Kasko haqlarında artım müşahidə olunur”.

“Problemlərin əhəmiyyətli hissəsi azalacaq”

Nəqliyyat eksperti qeyd edir ki, AMB-nin planlaşdırdığı yeni yanaşmalar bazarın daha şəffaf və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə xidmət edə bilər: “Risklərin daha dəqiq qiymətləndirilməsi, müqavilə şərtlərinin daha aydın müəyyənləşdirilməsi, müştərilərin məlumatlandırılmasının gücləndirilməsi və sığorta məhsullarının standartlaşdırılması həm istehlakçı hüquqlarının qorunmasına, həm də sığorta bazarında etimadın artmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, fərdi riskə əsaslanan qiymət formalaşması təhlükəsiz sürücülər üçün daha əlverişli tariflərin yaranmasına imkan verəcək. Hazırda sürücülərin ən çox qarşılaşdığı problemlərdən biri müqavilə şərtlərini tam anlamadan Kasko əldə etmələri, hansı risklərin sığortaya daxil olub-olmadığını bilməmələri, bəzi hallarda ödənişdən imtina səbəbləri ilə bağlı narazılıqların yaranması və zərərin qiymətləndirilməsi prosesinin uzun çəkməsidir. Bundan əlavə, amortizasiya tətbiqi, orijinal və ya alternativ ehtiyat hissələrinin istifadəsi, “franchise” (özpayı) şərtləri və təmir servisinin seçimi də mübahisə yaradan məsələlərdəndir. Yeni yanaşmalar bu sahədə şəffaflığı artırarsa, standart müqavilələr və daha aydın qaydalar tətbiq olunarsa, bu problemlərin əhəmiyyətli hissəsinin azalacağı gözlənilir”.

“Ucuz Kasko sərfəli seçim demək deyil”

Mütəxəssis vurğulayır ki, sürücülər Kasko sığortası seçərkən yalnız qiymətə deyil, həm də təminatın əhatə dairəsinə diqqət yetirməlidirlər: “Müqavilədə hansı risklərin sığortalandığını, “franchise” məbləğini, ödənişdən imtina hallarını, avtomobilin hansı servisdə təmir ediləcəyini, orijinal ehtiyat hissələrinin istifadə olunub-olunmayacağını, ərazi məhdudiyyətlərini, əvəzləyici avtomobil xidmətinin olub-olmadığını və zərərin ödənilməsi müddətlərini əvvəlcədən dəqiqləşdirmək vacibdir. Ucuz Kasko hər zaman daha sərfəli seçim demək deyil. Əsas məsələ qəza baş verdikdə sığorta müqaviləsinin sürücünü real şəkildə qoruması və vəd olunan təminatın praktikada da tam icra edilməsidir”.

Bənzər Xəbərlər

18.08.2026 - 00:15Gülnar Əliyeva

Trampdan səs-küylü bəyanatlar: Hörmüz, Oman, Cənubi Koreya və Kım Çen In haqqında danışdı

17.08.2026 - 23:55Gülnar Əliyeva

Elektrikli avtomobillərin daha bir mənfi cəhəti üzə çıxdı — Açıqlama

17.08.2026 - 23:40Gülnar Əliyeva

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

17.08.2026 - 23:10Gülnar Əliyeva

Fitnes məşqçisi Sara Əliyeva mükafata layiq görülüb

17.08.2026 - 22:45Gülnar Əliyeva

Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

17.08.2026 - 22:21Gülnar Əliyeva

Pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 - 22:19Gülnar Əliyeva

Bakıda gənc müəllim faciəli şəkildə öldü - FOTO

17.08.2026 - 21:40Gülnar Əliyeva

Kamilə Babayevaya ağır itki

17.08.2026 - 21:38Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 799

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 925

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 887

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 719
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.