Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
  • Prezidentdən Ülvi Quliyevlə bağlı – Sərəncam
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ

Cəmiyyət Gülnar Əliyeva17.08.2026 - 23:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mənzilin və ya digər yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi müəyyən hüquqi və inzibati prosedurların həyata keçirilməsini tələb edir. Bəs vətəndaş hansı hallarda yaşayış sahəsini qeyri-yaşayış sahəsinə çevirə bilər və bunun üçün hansı sənədlər lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, prosesə başlamaq üçün ilk növbədə aidiyyəti üzrə lisenziyalı layihələndirmə şirkətinə müraciət edilməlidir.

“Memar tərəfindən qeyri-yaşayış sahəsinin layihəsi hazırlanır. Daha sonra vətəndaş özünə məxsus çıxarışı, torpaq sahəsinə dair sənədi varsa, həmin sənədi və şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq rayon icra hakimiyyətinə müraciət edir. Müraciətdə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı sərəncamın verilməsi xahiş olunur”, – deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, aidiyyəti icra hakimiyyəti tərəfindən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edildiyi halda, bununla bağlı müvafiq sərəncam qəbul edilir.

“Əgər yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi icra hakimiyyəti tərəfindən məqbul hesab edilərsə, müvafiq sərəncam verilir. Bundan sonra həmin sənədlər Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə təqdim olunur və əmlaka dair yeni çıxarışın verilməsi təmin edilir”, – Ramil Süleymanov bildirib.

Hüquqşünas əlavə edib ki, aidiyyəti qurum tərəfindən imtina verildiyi halda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var.

“Əgər vətəndaşın müraciətinə imtina cavabı verilərsə, o, bununla bağlı məhkəməyə müraciət edə bilər. İddia ərizəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı öhdəliyin həmin qurumun üzərinə qoyulmasını məhkəmədən xahiş edə bilər. Məhkəmənin qərarı əsasında da yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi mümkündür”, – hüquqşünas vurğulayıb.

Beləliklə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün yalnız mənzil sahibinin istəyi kifayət etmir. Bunun üçün layihələndirmə sənədlərinin hazırlanması, aidiyyəti dövlət qurumuna müraciət edilməsi və müvafiq qərarın alınması tələb olunur. Aidiyyəti qurum tərəfindən imtina verildiyi halda isə vətəndaş məsələni məhkəmə qaydasında həll edə bilər.

Bənzər Xəbərlər

16.09.2026 - 16:16Gülnar Əliyeva

Baləlidən "butulka" davası barədə AÇIQLAMA

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 16:00Gülnar Əliyeva

 Bu şəxslərə Prezident təqaüdü veriləcək  — Müraciət qaydası +sənədlər

16.09.2026 - 15:50Gülnar Əliyeva

Polis hərəkətin intensiv olduğu ərazilərdə gücləndirilmiş rejimdə çalışır - Video

16.09.2026 - 15:38Gülnar Əliyeva

Münasib qiymətə texnologiya axtaranların diqqətində – CompStore.az

16.09.2026 - 15:36Gülnar Əliyeva

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

16.09.2026 - 14:20Gülnar Əliyeva

Dağ başında qalsalar - Xilas üçün pul ödəməli olacaqlar

16.09.2026 - 14:11Gülnar Əliyeva

Yeni müşavir təyin olundu - Foto

16.09.2026 - 14:07Gülnar Əliyeva

Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.