Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9055 ▲0.0063
  • 100 RUB 2.0299 ▲0.0023
  • GBP 2.2567 ▲0.0099
  • TRY 0.0344
  • CNY 0.2540 ▲0.0001
  • GEL 0.6548 ▼0.0005
  • 100 KZT 0.3788 ▲0.0026
  • UAH 0.0377
  • AED 0.4628
İqtisadiyyat

Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?

Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?

SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.

Məsələni dəqiqləşdirmək üçün SOCAR-a sorğu ünvanlansa da, cavab almaq mümkün olmayıb. Lakin qurumun saytında vitse-prezidentlərlə bağlı bölmədə onun haqqında məlumat hələ də qalmaqdadır.

Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.

Paylaş: