1 milyondan çox insanın iştirakı ilə keçirilən genişmiqyaslı IQ araşdırmasında Türkiyənin 81 vilayətinin orta zəka göstəriciləri sıralanıb.
Yeniera.az xəbər verir ki, metropollarla Anadolu şəhərlərinin rəqabət apardığı siyahıda lider dəyişməz olaraq qalıb. Böyük şəhərlərin sıralamadakı mövqeyi isə diqqət çəkib.
Bəs Türkiyənin ən ağıllı şəhəri hansıdır?
Türkiyə üzrə 81 vilayəti əhatə edən və 1 milyondan çox vətəndaşın iştirak etdiyi IQ araşdırmasının nəticələri yenidən gündəmə gəlib.
İştirakçılara müxtəlif kateqoriyalar üzrə təqdim edilən test suallarına verilən cavablar əsasında şəhərlərin orta IQ göstəriciləri hesablanıb.
Açıqlanan nəticələrdən sonra “Türkiyənin ən ağıllı vilayəti hansıdır?”, “İstanbul IQ testində neçənci yerdədir?”, “Ankara və İzmirin zəka ortalaması neçədir?” kimi suallar axtarış sistemlərində ən çox axtarılan mövzular sırasında yer alıb.
Araşdırmanın nəticələrinə görə, mədəniyyət və təhsil şəhəri kimi tanınan Eskişehir 105,20 IQ ortalaması ilə siyahının birinci pilləsində qərarlaşıb və “Türkiyənin ən ağıllı şəhəri” titulunu əldə edib.
Eskişehirin ardınca paytaxt Ankara və Egey bölgəsinin incisi İzmir gəlir.
Türkiyənin ən çox əhalisi olan metropolu İstanbul isə Çanaqqala ilə eyni – 104,02 IQ göstəricisinə sahib olaraq ilk beşliyin dərhal arxasında qərarlaşıb.
1 milyondan çox insanın cavabları əsasında hazırlanan siyahıda IQ göstəricisi ən yüksək olan ilk 21 şəhər belə sıralanıb:
1. Eskişehir – 105,20
2. Ankara – 104,91
3. İzmir – 104,51
4. Muğla – 104,12
5. Çanaqqala – 104,02
6. İstanbul – 104,02
7. Kocaeli – 103,85
8. Balıkesir – 103,59
9. Bursa – 103,47
10. Kırklareli – 103,38
11. Trabzon – 103,37
12. Antalya – 103,29
13. Tekirdağ – 102,82
14. Zonguldak – 102,68
15. Yalova – 102,58
16. Karaman – 102,52
17. Uşak – 102,37
18. Konya – 102,36
19. Rize – 102,32
20. Dənizli – 102,14
21. Bartın – 102,13
Qeyd edək ki, sözügedən siyahı internet üzərindən keçirilən IQ testinin nəticələri əsasında hazırlanıb və şəhərlərin əhalisinin ümumi zəka səviyyəsini elmi şəkildə müəyyən edən rəsmi statistika kimi qəbul edilməməlidir.
Musavat.com

