Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Qarpızı hər gün yemək olar? – bu xəstələrə XƏBƏRDARLIQ
  • Putinin xəzinəsi sürətlə boşalır – 7 aya 6,46 trilyon
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Putinin xəzinəsi sürətlə boşalır – 7 aya 6,46 trilyon

Putinin xəzinəsi sürətlə boşalır – 7 aya 6,46 trilyon

Dünya Gülnar Əliyeva16.08.2026 - 01:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiyanın federal büdcəsində kəsir sürətlə böyüməyə davam edir.

Yeniera.az Musavat.com-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarının yekununda büdcə kəsiri 6,46 trilyon rubla çatıb və artıq bütün il üçün nəzərdə tutulan göstəricini xeyli ötüb.

Təkcə iyul ayında büdcə kəsiri daha 724 milyard rubl artıb. Nəticədə yeddi ayın yekununda kəsir Rusiyanın ÜDM-nin təxminən 2,8 faizinə bərabər olub.

Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, ilin əvvəlindən dövlət xərcləri yüksək səviyyədə qalır. Eyni zamanda neft-qaz sektorundan daxilolmaların azalması büdcəyə əlavə təzyiq yaradır.

Maraqlıdır ki, Yaxın Şərqdəki gərginlik fonunda neft qiymətlərinin yüksək olması belə vəziyyəti köklü şəkildə dəyişməyib. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi İqor Nikolayev hesab edir ki, ilin sonuna federal büdcə kəsiri 9-10 trilyon rubla qədər yüksələ bilər. Hazırkı 6,46 trilyon rubl kəsir hökumətin il üçün nəzərdə tutduğu 3,8 trilyon rublluq göstəricidən artıq təxminən 1,7 dəfə çoxdur.

Rusiyanın maliyyə ehtiyatlarının vəziyyəti də diqqət çəkir. Milli Rifah Fondunun ümumi həcmi avqustun 1-nə 12,72 trilyon rubl olsa da, onun tez istifadə edilə bilən likvid aktivlərinin həcmi cəmi 3,69 trilyon rubl təşkil edib. Bu, proqnozlaşdırılan ÜDM-nin təxminən 1,6 faizinə bərabərdir.

Büdcə problemləri fonunda Rusiyada vergi yükünün gələcəkdə yenidən artırılması ehtimalı da müzakirə olunur.

Xatırladaq ki, 2025-ci ildən şirkətlərin mənfəət vergisinin əsas dərəcəsi 20 faizdən 25 faizə qaldırılıb. İqtisadçılar büdcə kəsirinin davamlı böyüməsinin hökuməti əlavə fiskal tədbirlər axtarmağa məcbur edə biləcəyini bildirirlər.

Bənzər Xəbərlər

16.08.2026 - 02:10Gülnar Əliyeva

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

16.08.2026 - 01:38Gülnar Əliyeva

Qarpızı hər gün yemək olar? - bu xəstələrə XƏBƏRDARLIQ

16.08.2026 - 01:12Gülnar Əliyeva

Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI 

16.08.2026 - 01:08Gülnar Əliyeva

Batmış gəmidən inanılmaz tapıntı – FOTOLAR

15.08.2026 - 23:26Gülnar Əliyeva

Bakıda küçədə yatan müəllimin hər şeyi OĞURLANDI

15.08.2026 - 23:00Gülnar Əliyeva

İtkin düşən vəkil meşədə ölü tapıldı - FOTO

15.08.2026 - 22:40Gülnar Əliyeva

Bakıda bu marşrutların dayanacaqları dəyişdirildi

15.08.2026 - 22:27Gülnar Əliyeva

Azərbaycanda dəhşətli qəza baş verdi - Ölənlər var

15.08.2026 - 22:03Gülnar Əliyeva

“Trampın verdiyi sözü yerinə yetirməsini gözləyirik” - Ərdoğan

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 777

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 904

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 872

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 703
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.