Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ölkədə ağır təyyarə qəzası-HAMI ÖLDÜ
  • Sabah 40 dərəcə isti olacaq
  • Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Təyyarədə də POS terminalla ödəniş etmək olacaq

Təyyarədə də POS terminalla ödəniş etmək olacaq

Gündəm Gülnar Əliyeva20.08.2026 - 12:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib.

Yeniera.az xəbər verir ki, artıq AZAL-a məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.

Bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə ABB POS terminallarında sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.

Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.

Yeni həll AZAL-ın sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.

ABB üçün isə təyyarə göyərtəsində POS terminalla ödəniş imkanının yaradılması həyat tərzi tərəfdaşı olaraq müştərilərə təqdim edilən daha bir yeni imkandır. Bank ümumi yanaşma çərçivəsində müştərilərin müxtəlif ehtiyaclarını vahid ekosistem daxilində qarşılayan rəqəmsal və maliyyə həllərini inkişaf etdirir.

“Azərbaycan Hava Yolları” və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni həll sərnişinlərə əlavə xidmətlərdən uçuş zamanı rahat yararlanmaq və ödənişləri birbaşa göyərtədə həyata keçirmək imkanı yaratmaqla müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət göstərir.

Bənzər Xəbərlər

21.08.2026 - 13:00Gülnar Əliyeva

Bu ölkədə ağır təyyarə qəzası-HAMI ÖLDÜ

21.08.2026 - 12:13Gülnar Əliyeva

Sabah 40 dərəcə isti olacaq

21.08.2026 - 11:13Gülnar Əliyeva

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı

21.08.2026 - 10:25Gülnar Əliyeva

"Gəmi" istirahət mərkəzində ölüm hadisəsi 

21.08.2026 - 10:13Gülnar Əliyeva

Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış

21.08.2026 - 10:00Gülnar Əliyeva

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ - Mərkəzi Bank...

21.08.2026 - 09:00Gülnar Əliyeva

Bu şəhərdə velosiped sürmək qadağan edildi

20.08.2026 - 23:15Gülnar Əliyeva

Fərid Məmmədova yüksək vəzifə verildi

20.08.2026 - 22:57Gülnar Əliyeva

İmran Xanla bağlı YENİ QƏRAR: Bu həftə...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 849

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 952

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 913

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 738
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.