Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • KMBİ saxta kredit səhifələri yaradan şəxsi saxladı – Video
  • Psixiatriya xəstəxanasında meyit tapıldı
  • DİN bu şəxsləri işə dəvət edir – Elan
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Dünya Gülnar Əliyeva21.08.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

İtaliyanın Komo şəhərində sentyabr ayından etibarən şəhər mərkəzində velosipedlərdən istifadə qadağan ediləcək.

Yeniera.az xəbər verir ki, qadağa həm adi, həm də elektrikli velosipedlərə şamil olunacaq və təxminən 30 küçəni əhatə edəcək.

Yeni qaydalara əsasən, həmin küçələrdə velosipedçilər nəqliyyat vasitələrindən düşərək yollarına piyada davam etməli olacaqlar.

Qərarın ictimaiyyətə açıqlanmasından sonra şəhər sakinləri və siyasətçilər arasında narazılıq yaranıb. Tənqidçilər qadağanın velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən insanlara, eləcə də, kuryerlərə və velosipedlə işləyən biznes sahiblərinə ciddi çətinlik yaradacağını bildirirlər.

Komo meri Alessandro Rapineze isə qərarı velosipedlərin piyadalar üçün yaratdığı təhlükə ilə əsaslandırıb.

Merin sözlərinə görə, onun bu qərarı qəbul etməsində şəxsi təcrübəsi də rol oynayıb. Rapineze daha əvvəl elektrikli velosiped tərəfindən vurulduğunu təsdiqləyib.

“Deyilənə görə, bu qərarı elektrikli velosiped vurduğu üçün vermişəm. Bu, tamamilə doğrudur. İnsanlar öz təcrübələrinə uyğun hərəkət edirlər və mən bu canavarlardan birinin vurmasının necə hiss etdirdiyini bilirəm”, – Rapineze bildirib.

Qərarın əleyhdarları hesab edirlər ki, velosipedlərin tamamilə qadağan edilməsi əvəzinə, təhlükəli və qaydalara zidd hərəkət edən sürücülərə qarşı nəzarət gücləndirilməlidir.

Onların sözlərinə görə, qadağaya düşən küçələr Komo gölünə doğru uzanan, velosipedlə hərəkət üçün əlverişli əsas marşrutlardır. Bu səbəbdən yeni qaydaların şəhərdə ekoloji və daha əlçatan nəqliyyat vasitələrindən istifadəyə mənfi təsir göstərəcəyi vurğulanır.

Bənzər Xəbərlər

21.08.2026 - 14:20Gülnar Əliyeva

Psixiatriya xəstəxanasında meyit tapıldı

21.08.2026 - 14:05Gülnar Əliyeva

DİN bu şəxsləri işə dəvət edir - Elan

21.08.2026 - 13:50Gülnar Əliyeva

Azərbaycanlı merin qardaşı 7 aylıq həbs edildi

21.08.2026 - 13:13Gülnar Əliyeva

İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib

21.08.2026 - 13:00Gülnar Əliyeva

Bu ölkədə ağır təyyarə qəzası-HAMI ÖLDÜ

21.08.2026 - 12:13Gülnar Əliyeva

Sabah 40 dərəcə isti olacaq

21.08.2026 - 12:00Gülnar Əliyeva

TƏBİB-dən xəstəxanadakı həmin görüntülərlə bağlı - Açıqlama

21.08.2026 - 11:38Gülnar Əliyeva

“Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin evində qalırdım” - Yeni səfir

21.08.2026 - 11:25Gülnar Əliyeva

Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 849

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 953

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 913

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 739
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.