ABŞ-nin Alyaska ştatında çarter təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 8 nəfərin hamısı həlak olub.
Yeniera.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, qəza Ankoric şəhərindən təxminən 725 kilometr qərbdə yerləşən Keyp Nyuenhem Hava-Dəniz Erkən Xəbərdarlıq və Nəzarət (AEW) bazasında baş verib.
Təyyarədə iki pilot və altı sərnişin olub. Onların hamısı qəza nəticəsində həyatını itirib.
Çarter uçuşunun məqsədi və təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik açıqlanmayıb.
Bildirilib ki, radar bazası ABŞ Sakit Okean Hərbi Hava Qüvvələrinin Regional Dəstək Mərkəzi tərəfindən idarə olunur. Baza Alyaska hava məkanında və sərhədyanı ərazilərdə fəaliyyət göstərən təyyarələri izləyən uzaqməsafəli radar qurğuları şəbəkəsinin bir hissəsidir.///Ajans.az

