Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib”
  • Ötən il təyin olunmuşdu, bir il sonra vəzifədən azad olundu
  • Bu şəxslərə mühüm xəbər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış

Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış

Cəmiyyət Gülnar Əliyeva21.08.2026 - 10:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılıb.

Yeniera.az xəbər verir ki, o, iqtisadiyyat.az-a açıqlamasında deyib ki, Yeni Klinikadakı işindən öz xahişi ilə azad olunub.

İşdən ayrılmasına qərar verməsinin iki başlıca səbəbinin olduğunu vurğulayan Ravil Tağıyev bildirib ki, böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil almağa başlayır. Özü isə hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olub. Buna görə də o, bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb:

“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə gədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam”.

Xatırladaq ki, Ravil Tağıyev dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlıdır.

O, Azərbaycan tarixində ilk dəfə bu ilin iyul ayının əvvəlində Bakıda keçirilmiş və 10 ölkənin təmsil olunduğu 1-ci Türkdilli, 1-ci Xəzəryanı və 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin təşkilat komitəsinin sədri olub.

1997-2001-ci illərdə Türkiyənin Konya şəhəri, Səlcuk Universitetində menecment üzrə bakalavr təhsili alan Ravil Tağıyev 2001-2005-ci illərdə Ankara Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb. 2005-ci ildən Ankara Qazi Universitetinin (Ankara Hacı Bayram Veli Universiteti) doktorantı olan Ravil Tağıyev əmək fəaliyyətinə 2008-ci ildə Ankarada, Universitet xəstəxanasında başlayıb. 2011-ci ildə o, Azərbaycana qayıdaraq 2024-cü ilin fevral ayına qədər Modern Hospitalda icraçı direktor olaraq fəaliyyət göstərib.

Ravil Tağıyev Yeni Klinikada çalışdığı dövrdə də paralel olaraq elmi-pedoqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib.

Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan Ravil Tağıyev eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.

Bənzər Xəbərlər

22.08.2026 - 15:40Gülnar Əliyeva

"Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib"

22.08.2026 - 15:25Gülnar Əliyeva

Ötən il təyin olunmuşdu, bir il sonra vəzifədən azad olundu

22.08.2026 - 15:07Gülnar Əliyeva

Bu şəxslərə mühüm xəbər

22.08.2026 - 14:50Gülnar Əliyeva

“M6” bu stansiyada da dayanacaq - Vətəndaşların müraciətindən sonra

22.08.2026 - 14:20Gülnar Əliyeva

Azərbaycan vətəndaşı Kamçatkada vulkanda köməksiz vəziyyətdə qaldı

22.08.2026 - 14:03Gülnar Əliyeva

Xalq artisti qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO

22.08.2026 - 13:42Gülnar Əliyeva

Bazar gününün havası ilə bağlı XƏBƏRDARLIQ

22.08.2026 - 13:20Gülnar Əliyeva

Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar

22.08.2026 - 12:10Gülnar Əliyeva

Bakıya uçan təyyarələr havaya qalxa bilmədi - SƏBƏB

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 861

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 958

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 918

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 743
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.