Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvada Azərbaycan səfirliyinin qarşısında təxribat – VİDEO
  • İlham Əliyev Fərman İMZALADI
  • SON DƏQİQƏ! Prezident SƏRƏNCAM İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Bakıda evli qadını şantaj edən şəxs – Həbs olundu

Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu

Hadisə Gülnar Əliyeva27.08.2026 - 14:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda qadını intim görüntüləri ilə şantaj edən, eləcə də 2 nəfərə qarşı dələduzluq əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Yeniera.az xəbər verir ki, Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Mirzə Osmanova (bütün ad-soyadlar şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Məhkəmə onun Cinayət Məcəlləsinin 178 və 182.2.2-cü maddələri üzrə təqsirli hesab edilməsinə hökm edib.

Məlum olub ki, Mirzə Sumqayıtda 2 tanışının “iPhone” markalı telefonunu dələduzluq yolu ilə ələ keçirib.

O, həmçinin “TikTok” sosial şəbəkəsində paytaxtın Binəqədi rayonunda yaşayan Mirvari adlı qadınla tanış olub. Mirzə tanış olduğu Mirvari ilə elə bir gün sonra qadının yaşadığı evdə görüşüb. Daha sonra görüşlər mütəmadi xarakter alıb. Həmin vaxt Mirvarinin əri, övladı və qaynı digər otaqda yatmış vəziyyətdə olub. Görüşlər vaxtı kişi onun görüntülərini telefonla lentə alıb.

O, daha sonra görüntüləri yayacağı hədəsi ilə qadını qorxudub. Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazinin yaxınlığında ondan 1080 manat pul, 1 cüt 200 manat dəyərində qızıl sırğa və 1 ədəd 20 manat dəyərində qol saatını alıb. Daha sonra isə hədələyərək kartına 300 manat pul göndərməsinə nail olub. Təhdidlərinə davam edən Mirzə növbəti dəfə 2000 manat istəyib.

Şantajın davamlı olduğunu görən qadın daha sonra bu barədə digər tanışına danışıb. Onlar birlikdə polis şöbəsinə gedərək məlumat veriblər. Polisin keçirdiyi tədbirlərlə Mirzə Osmanov Binəqədi rayonu, “Azadlıq” metrostansiyasının yaxınlığında – görüş yeri təyin edilən ərazidə pulları alarkən tutulub.

Məhkəmənin hökmü ilə 22 yaşlı Mirzəyə 6 il həbs cəzası verilib.///Qafqazinfo

Bənzər Xəbərlər

27.08.2026 - 15:20Gülnar Əliyeva

Daşqında itkin düşənlərin ümumi sayı 1458 nəfərə çatdı

27.08.2026 - 15:03Gülnar Əliyeva

"Qarabağ" iki yeni oyuncu aldı - ADLAR 

27.08.2026 - 14:50Gülnar Əliyeva

Bu qədər abituriyent kənarda qaldı - 500-dən yuxarı bal toplasalar da

27.08.2026 - 14:20Gülnar Əliyeva

Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”

27.08.2026 - 14:13Gülnar Əliyeva

Anar Rzayev ona VƏZİFƏ VERDİ

27.08.2026 - 14:00Gülnar Əliyeva

Mamalıq ixtisasını bitirən kosmetoloq işləyirmiş... - “Omorfia”da vaxtı keçmiş dərmanlar aşkarlandı

27.08.2026 - 12:53Gülnar Əliyeva

Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab

27.08.2026 - 12:38Gülnar Əliyeva

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

27.08.2026 - 10:00Gülnar Əliyeva

Ərdoğan qərar imzaladı: Qarabağ Universitetində…

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 894

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 987

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 938

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 756
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.