Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rövşən Nəcəf bu xanımı özünə müşavir təyin etdi – FOTO
  • Nigar Fərhad sərbəst buraxıldı
  • Yeni kəşflər Türkiyənin qədim Het Paytaxtı Hattuşanın tarixinə işıq salır – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə – Rəsmi cavab

Xankəndidə toyuq hini, mal-qara tövləsi istəyənlərə - Rəsmi cavab

Cəmiyyət Gülnar Əliyeva27.08.2026 - 12:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Xankəndi sakinlərinin yaşayış sahələri ilə bağlı müraciətlərinə münasibət bildirib.

“Qafqazinfo” Xidmətin açıqlamasını təqdim edir:

“Artıq bir neçə ildir ki, işğaldan azad olunmuş torpaqlarımıza Böyük qayıdış davam edir, ərazilərdə abadlıq, bərpa, quruculuq işləri gedir. Görülən genişmiqyaslı işlər nəticəsində yaşayış məntəqələri bərpa olunur, doğma torpaqlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərimiz də öz dədə-baba yurdlarına qayıdırlar. Bu proses mərhələli şəkildə davam edir və sakinlər təmir-bərpa olunan yeni mənzillərlə təmin olunurlar.

Amma təəssüf ki, bəzən bəzi sakinlər sosial platformalarda layihədə nəzərdə tutulmayan tələblər səsləndirib, yaşadıqları mənzilin təmirindən narazılıq edirlər. Bir ildən artıqdır mənzilində yaşayan sakinlər təbii aşınma, yaşayış sahəsindən istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarını, əlavə tikililər, toyuq hini, mal-qara saxlanması üçün tövlə və digər fərdi ehtiyacların dövlət büdcəsindən maliyyələşdirilməsini tələb edirlər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti olaraq bildiririk ki, yaşayış sahəsində uzunmüddətli istifadə nəticəsində yaranan cari təmir ehtiyaclarının, şəxsi təsərrüfatın qurulması ilə bağlı işlərin, habelə əlavə yardımçı tikililərin, o cümlədən toyuq hini və digər fərdi təyinatlı obyektlərin dövlət vəsaiti hesabına inşa və ya təmir edilməsi üçün dövlət büdcəsində ayrıca maliyyə təminatı nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, dövlət büdcədində nəzərdə tutulmayan belə xərclərin dövlət hesabına qarşılanması mümkün deyil. Dövlət tərəfindən vətəndaşların mənzil və yaşayış şəraiti ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müəyyən edilmiş dövlət proqramları və təsdiq olunmuş büdcə vəsaitləri çərçivəsində həyata keçirilir.

Vətəndaşların mənzillə təmin olunması çərçivəsində təqdim edilmiş yaşayış sahələrinin texniki vəziyyəti ilə bağlı müraciətlərə, qanunvericiliyin tələblərinə uyğun qaydada baxılır. Yaşayış sahəsində tikinti və ya təhvil zamanı mövcud olmuş qüsurlar barədə əsaslandırılmış müraciətlər olduqda, həmin hallar aidiyyəti üzrə araşdırılır. Tikililərin və digər obyektlərin vəziyyəti ayrıca texniki qiymətləndirilə bilər.

Əgər tikinti qüsuru və ya zəmanət öhdəliyi ilə bağlı məsələ varsa, aidiyyəti qurum tərəfindən araşdırılır. 1 ildən çox yaşadıqdan sonra “ev yararsızdır” kimi ümumi iddialar konkret fakt və texniki baxışla əsaslandırılmalıdır.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır və yaşayış sahəsinin təhlükəsizliyi, yararlılığı və ya tikinti qüsurları ilə bağlı əsaslandırılmış məsələlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır”.

Bənzər Xəbərlər

28.08.2026 - 14:43Gülnar Əliyeva

Rövşən Nəcəf bu xanımı özünə müşavir təyin etdi - FOTO

28.08.2026 - 14:30Gülnar Əliyeva

Nigar Fərhad sərbəst buraxıldı

28.08.2026 - 14:15Gülnar Əliyeva

Yeni kəşflər Türkiyənin qədim Het Paytaxtı Hattuşanın tarixinə işıq salır - FOTOLAR

28.08.2026 - 14:03Gülnar Əliyeva

Norveç Kralı vəfat etdi

28.08.2026 - 13:50Gülnar Əliyeva

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

28.08.2026 - 13:38Gülnar Əliyeva

Baş Prokurorluq məlumat yaydı

28.08.2026 - 13:25Gülnar Əliyeva

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 - 13:12Gülnar Əliyeva

Sabah da güclü külək əsəcək

28.08.2026 - 13:00Gülnar Əliyeva

Fərid Qəhrəmanovun şirkəti bağlandı  — Külli miqdarda dövlətə borclu qaldı 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 910

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 991

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 946

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 761
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.