Xətai rayonunda fəaliyyət göstərən “Omorfia” (“Brightalive MMC) estetik klinikasında keçirilə yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Xitab24.az-ın əldə etdiyi məlumta görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılıb.
Yoxlama zamanı klinikada vaxtı keçmiş dərman vasitələri aşkarlanıb.
Bunlar aşağıdakılardır:
Natrium xlorid 0,9% – 400 ml – bitmə tarixi 10.2025,
Qlükoza 5% – 200 ml bitmə tarixi: 07.2025,
Ammonyak 10% – 25 ml bitmə tarixi: 06.2025,
Valeriana damcı – 25 ml bitmə tarixi: 04.2025,
Yod – 10 ml bitmə tarixi: 01.2026,
Kordiamin – 250 ml bitmə tarixi: 04.2026,
Dimedrol 1% – 1×10 ml bitmə tarixi: 02.2026.
Bundan başqa, daha bir nöqsan Bakı Tibb Kollecinin mamalıq işi ixtisasını bitirmiş şəxsin klinikada kosmetoloq vəzifəsində çalışması olub.
İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1- ci maddələri ilə nəzərə tutulmuş inzibati xətaları törədən klinika barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, “Omorfia” 6000 manat cərimələnib.

