Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu liseyin direktoru istefa verdi – FOTO
  • Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi
  • Rəna Abbasova şöbə müdiri təyin edildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi

Mirziyoyev “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif etdi

Dünya Gülnar Əliyeva08.10.2026 - 13:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə istehsal zəncirləri yaradaraq “6 iqtisadiyyat – 1 məhsul” formulunun reallaşdırılmasına çalışmalıdır.

Yeniera.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

Onun sözlərinə görə, region ölkələri arasında adi mal mübadiləsi artıq kifayət deyil, bir neçə dövlətin iştirak etdiyi istehsal zəncirləri əsasında ortaq son məhsullar yaradılmalıdır: “Birgə məhsul istehsal edildikdə iqtisadiyyatlarımız arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr formalaşır. “6 iqtisadiyyat – 1 məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədin mahiyyətini yaxşı ifadə edir”.

Özbəkistan Prezidenti bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə 2027-ci ildə “Mərkəzi Asiya-Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib.

Şavkat Mirziyoyev həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni mərhələsində birgə sənaye və texnoloji zəncirlərə, ortaq rəqəmsal xidmətlərə, eləcə də iri layihələrin daha sürətlə həyata keçirilməsinə imkan verən investisiya mexanizmlərinə xüsusi diqqət yetirilməlidir.

Bənzər Xəbərlər

08.10.2026 - 13:13Gülnar Əliyeva

Bu liseyin direktoru istefa verdi - FOTO

08.10.2026 - 12:43Gülnar Əliyeva

Rəna Abbasova şöbə müdiri təyin edildi

08.10.2026 - 12:30Gülnar Əliyeva

Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO

08.10.2026 - 12:05Gülnar Əliyeva

“Problem TƏBİB-in sistemindədir” - Səhiyyə Nazirliyi

08.10.2026 - 11:52Gülnar Əliyeva

Tanınmış baş həkimin müavini bıçaqlandı

08.10.2026 - 11:40Gülnar Əliyeva

“Sammitdə Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq” - Paşinyan

08.10.2026 - 11:30Gülnar Əliyeva

Metro ilə bağlı şad xəbər - Bu tarixdə...

08.10.2026 - 11:15Gülnar Əliyeva

Bu marşrutların hərəkət sxemləri dəyişdirildi

08.10.2026 - 11:00Gülnar Əliyeva

Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 256

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 232

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 134

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.