Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9148 ▲0.0051
  • 100 RUB 2.0782 ▼0.0014
  • GBP 2.2935 ▲0.0054
  • TRY 0.0340
  • CNY 0.2549 ▲0.0006
  • GEL 0.6554 ▲0.0006
  • 100 KZT 0.3757 ▼0.0002
  • UAH 0.0373
  • AED 0.4628
Media

Billurə Aslanova da Prezident tərəfindən TƏLTİF EDİLDİ

Billurə Aslanova da Prezident tərəfindən TƏLTİF EDİLDİ

Prezident İlham Əliyevin Sərəncamı ilə Billurə Aslanova media sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub

YENİERA.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mediasının inkişafında xidmətlərinə görə Aslanova Billurə Aslan qızı “Tərəqqi” medalı ilə təltif edilib.

1979-cu il yanvarın 21-də Füzuli şəhərində anadan olan Billurə Aslanqızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, magistratura və aspirantura təhsili alıb. O, jurnalistika fəaliyyətinə hələ tələbəlik illərində başlayıb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Xəzər”, “Gənclik” və “Səhər” redaksiyaları ilə əməkdaşlıq edərək müxtəlif mövzularda süjet və rubrikalar hazırlayıb.

2001-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışan jurnalist daha sonra Antenn FM radiosunda informasiya aparıcısı kimi fəaliyyət göstərib, TRT-nin Bakı bürosu ilə məsləhətçi və aparıcı qismində əməkdaşlıq edib.

Billurə Aslanqızı televiziya sahəsində də bir sıra layihələrə imza atıb. Xəzər TV-də “Yaxşısı budur” verilişinin redaktoru və aparıcısı, “Aynadakı mən” proqramının müəllifi və aparıcısı olub. “Xəzərdən dünyaya” informasiya proqramının aparıcısı və prodüseri kimi çalışıb, 20-yə yaxın televiziya filminin müəllifi olub. Onun müəllifi olduğu ekran işləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti”, “Emin Sabitoğlu”, “Azərbaycan teatrı: dünən və bu gün”, “Dünənimiz: xalçaçılıq” və “Xocalı – Biri vardı, biri yoxdu…” filmləri də var.

Jurnalist elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. Bakı Slavyan Universitetində və Bakı Avrasiya Universitetində radio və televiziya jurnalistikası fənnini tədris edib. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyir.

Billurə Aslanqızı “Əsl insan haqqında…” kitabının və “Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” adlı dərs vəsaitinin müəllifidir. 2018-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində çalışan jurnalist Azərbaycan Televiziyasında yayımlanan “Multikulturalizm” verilişinin müəllifi və aparıcısı olub. 2020-2021-ci illərdə isə Real TV-də yayımlanan “Real Vətən” səyahət verilişinin müəllifi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Billurə Aslanqızı jurnalist və ssenarist Ramil Ələkbərovun həyat yoldaşıdır.

Paylaş: