Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Cəmiyyət

Sabiq vəzifəli şəxs vəfat etdi – FOTO

Sabiq vəzifəli şəxs vəfat etdi – FOTO

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib.

O, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra jurnalistika sahəsində çalışıb.

Müxtəlif illərdə Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1996-2003-cü illərdə Lerik Rayon Təhsil Şöbəsinin müdiri olub, rayonun mədəniyyət sahəsində də rəhbər vəzifə tutub.

Qəhrəman Əliyev ədəbi yaradıcılıqla da məşğul olub. “Könlüm vurulub Lerikdə…”, “Gəl dağlarla görüşə”, “Gəlimli-gedimli dünya”, “Ürəyimin dünya dərdi” və digər kitabların müəllifidir. 200-dən artıq elmi-publisistik məqalə yazıb.

O, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olub./oxu.az/

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Paylaş: