Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8805
  • 100 RUB 2.0511
  • GBP 2.2495
  • TRY 0.0338
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3826
  • UAH 0.0374
  • AED 0.4628
İqtisadiyyat

Pensiyalarla bağlı MÜHÜM XƏBƏR – 10 faiz…

Pensiyalarla bağlı MÜHÜM XƏBƏR – 10 faiz…

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (608 milyon manat) çox olmaqla 6 milyard 527 milyon manat vəsait yönəldilib.

Bu barədə Yeniera.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb:

“Noyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb. Yanvar-oktyabr aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib”.

Paylaş: