Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8707 ▼0.0024
  • 100 RUB 2.0606 ▼0.0043
  • GBP 2.2427 ▼0.0026
  • TRY 0.0337
  • CNY 0.2550 ▲0.0002
  • GEL 0.6556 ▼0.0005
  • 100 KZT 0.3821 ▲0.0005
  • UAH 0.0375
  • AED 0.4628
İqtisadiyyat

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq

Gürcüstandan avtomobil gətirənlər yeni rüsum ödəməli olacaq
Dec 8, 2019 Bakersfield / CA / USA - Car transporter carries new Tesla vehicles along the interstate to South California, back view of the trailer

Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib.

YENİERA.AZ ölkənin yerli “Jnews” portalına istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.

Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.

Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki,  2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 avtomobil təkrar ixrac məqsədilə xarici ölkələrə göndərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 475 milyon dollar və ya 24% azalıb. Avtomobil ixracının azalması əsas satış bazarlarına – Qırğızıstan, Qazaxıstan, Azərbaycan və Tacikistana avtomobil göndərilməsinin azalması ilə əlaqələndirilir.

Paylaş: