Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8637
  • 100 RUB 2.0630
  • GBP 2.2325
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6564
  • 100 KZT 0.3826
  • UAH 0.0377
  • AED 0.4628
İqtisadiyyat

Vətəndaşlara 20 faiz əlavə sahə güzəşti olacaq -DETALLAR

Vətəndaşlara 20 faiz əlavə sahə güzəşti  olacaq -DETALLAR

Sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə yeni tikilidən kompensasiya məqsədilə verilən yaşayış və qeyri-yaşayış sahələrinin vergidən və ƏDV-dən azad edilməsi daşınmaz əmlak bazarı üçün mühüm iqtisadi stimul və təşviq kimi qiymətləndirilir. Bu qərar vergi güzəşti olmaqla yanaşı, köhnə yaşayış fondunun yenilənməsini sürətləndirə biləcək iqtisadi mexanizm hesab olunur. Dəyişikliyin ilk növbədə vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından əhəmiyyətli olduğu bildirilir. Eyni zamanda bu addımın tikinti şirkətlərinin maraqlarını artıracağı, pilot layihələrin iqtisadi səmərəliliyini yüksəldəcəyi və investisiya fəallığına müsbət təsir göstərəcəyi qeyd edilir. Həmçinin təklif olunan dəyişikliklərdə əvvəlki əmlak sahəsindən əlavə olaraq 20 faizə qədər böyük kompensasiya sahəsinin də güzəştə daxil edilməsinin nəzərdə tutulduğu vurğulanır.

Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə yeni tikilidən kompensasiya məqsədilə verilən yaşayış və qeyri-yaşayış sahələrinin vergidən və ƏDV-dən azad edilməsi daşınmaz əmlak bazarı üçün mühüm iqtisadi stimul və təşviqdir. O qeyd edib ki, bu qərar vergi güzəşti olmaqla bərabər, həm də köhnə yaşayış fondunun yenilənməsini sürətləndirə biləcək iqtisadi mexanizm kimi dəyərləndirilir.

Sədrin sözlərinə görə, ilk növbədə bu dəyişiklik vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından olduqca əhəmiyyətlidir:

“Çünki sökülən binada sahib olduğu əmlakın əvəzinə əgər yeni binada mənzil alan vətəndaş faktiki olaraq bildiyimiz kimi yeni gəlir əldə etmir, sadəcə mövcud mülkiyyətini başqa əmlakla əvəz edir”.

Vüqar Oruc vurğulayıb ki, buna hər hansı bir verginin tətbiq olunması doğrudan da məntiqsiz idi və belə bir addımın atılması təbii ki, ədalətli bir mövqenin ortaya qoyulmasıdır. O əlavə edib ki, əvvəlki qaydada kompensasiya məbləğinin vergiyə cəlb olunması və ya kompensasiya verilən mənzilin vergiyə cəlb olunması iqtisadi baxımdan ədalətli yanaşma hesab oluna bilməz.

Digər tərəfdən, Vüqar Oruc qeyd edib ki, bu qərar, bu addım tikinti şirkətlərinin də maraqlarını artıra bilər:

“Söküntü və yenidənqurma layihəsində şirkətlərin əsas xərclərindən biri əvvəlki mülkiyyətçilərə kompensasiya məqsədilə təqdim olunan mənzillərlə bağlı idi. Həmin sahələrin ƏDV-dən azad edilməsi və müvafiq xərclərin gəlirdən çıxılması tikinti şirkətlərinin vergi yükünü optimallaşdıracaq. Nəticədə pilot layihələrin iqtisadi səmərəliliyi yüksələr, investorların köhnə yaşayış fondunun yenilənməsinə marağı arta bilər”.

Vüqar Oruc diqqətə çatdırıb ki, xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, təklif olunan dəyişikliklərdə əvvəlki əmlak sahəsindən əlavə olaraq 20 faizə qədər böyük kompensasiya sahəsinin də güzəştə daxil edilməsi nəzərdə tutulur:

“Bu vətəndaşların yeni mənzildə keçid zamanı daha əlverişli şərtlərlə yeni mənzillə təmin olunmasına xidmət edəcək.”.

Sədr hesab edir ki, bu qərarın uzunmüddətli nəticəsi köhnə və istismar müddətini başa vurmuş yaşayış fondunun daha sürətlə yenilənməsinə, şəhərsalma prosesində investisiya fəallığının artmasına və vətəndaşların eyni zamanda mülkiyyət hüquqlarının daha etibarlı qorunmasına səbəb ola bilər. Vüqar Oruc bunun olduqca təqdirəlayiq bir qərar olduğunu qeyd edib.

Paylaş: