Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Bu peyvəndlər demensiya riskini azalda bilər

Bu peyvəndlər demensiya riskini azalda bilər

Qrip və pnevmokok infeksiyasına qarşı peyvəndlər yaşlı insanlarda demensiya riskinin azalmasına kömək edə bilər.

YENİERA.AZ xəbər verir ki, bunu Piroqov Universitetinin Rusiya Gerontoloji Elmi-Klinik Mərkəzinin direktoru, gerontoloqlar və geriatrlar assosiasiyasının prezidenti Olqa Tkaçova RİA Novosti-yə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, yaşlı insanlar hər il qripə və pnevmokok infeksiyasına qarşı peyvənd olunmalıdırlar. Mövcud məlumatlar bu peyvəndlərin demensiya riskinin daha aşağı olması ilə əlaqəli olduğunu göstərir.

Olqa Tkaçova qeyd edib ki, vaksinasiya sağlam qocalmanın əsas strategiyalarından biridir. Yaş artdıqca immun sistemi zəifləyir, infeksiyalar daha tez-tez baş verir və ağır keçir. Bu isə orqanizmdə xroniki iltihabın davam etməsinə, ürək-damar fəsadları və koqnitiv zəifləmə riskinin artmasına səbəb ola bilər.

Mütəxəssis həmçinin xatırladıb ki, peyvənddən sonra immunitetin formalaşması təxminən iki həftə çəkir. Buna görə də mövsümi xəstəliklərin artımından əvvəl vaksinasiya olunmaq tövsiyə edilir.

YENİERA.AZ

Paylaş: