Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
YENİERA.AZ xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov “Metak” şirkətinin rəhbəridir.
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.
Yeniləndi 15:22
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Oxu24.com-a həlak olan şəxsin yaxınları bildirib.

