Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Siyasət

Prezident 2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzaladı

Prezident 2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb.

YENİERA.AZ bildirir ki, dövlət başçısının imzaladığı sənəddə deyilir:

“2009-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1997–2008-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2027-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar”.

Paylaş: